Qızıl bu tarixə kimi kəskin bahalaşacaq
"ABŞ-da inflyasiyanın davam edən sürətlənməsi qızılın qiymətini ilin sonuna kimi yeni tarixi rekordlara çatdıra bilər".
Publika.az xəbər verir ki, bunu "Vector X" investisiya şirkətinin baş strateqi Maksim Xudalov RİA "Novosti"yə bildirib.
"Bir çox mənbələr ABŞ-da inflyasiyanın artmağa davam edəcəyini göstərir ki, bu da bu il ərzində sarı metal üçün yeni qiymət rekordlarına səbəb ola bilər", - o əlavə edib.
Ekspert qeyd edib ki, hazırda qızılın qiymətində dolların möhkəmlənməsi ilə bağlı rekord səviyyədən korreksiya var.
Onun sözlərinə görə, metalın qiyməti hətta ən yüksək xərcli mədənçilərin də xərc səviyyəsindən xeyli uzaqlaşıb. Bu, istehsalçılara ən aşağı dərəcəli filizləri çıxarmağa imkan verir. Bununla da metal tədarükünü artırır.
Aprelin 8-də qızılın qiymətinin dünya bazarlarında sürətlə artmaqda davam edərək növbəti maksimuma çatdığı bildirilir .
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay