"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı
Çin Elmlər Akademiyasının Yer Ekologiyası İnstitutunun alimləri müəyyən ediblər ki, Hindistanda istifadə olunan nüvə yanacağının (SNF) təkrar emalı zavodları Cənubi Tibet yaylasını radioaktiv yod-129 izotopu ilə çirkləndirir.
Valyuta.az xəbər verir ki, tədqiqat "Environmental Science & Technology Letters" (ESTL) elmi jurnalında dərc olunub.
"Yerin üçüncü qütbü" və "dünyanın damı" kimi də tanınan Tibet yaylası uzaq, təcrid olunmuş və əsasən toxunulmamış bir bölgədir.
Mütəxəssislər bioindikatorlarda - yaylada mamır və likenlərdə yod-129-un variasiyalarını diqqətlə öyrəndilər. Onlar müəyyən ediblər ki, izotopun səviyyəsi Çin şəhərlərindəki səviyyələrdən xeyli yüksəkdir, lakin Hindistan və Avropa nüvə materiallarının emalı zavodlarının yaxınlığındakı radionuklidin konsentrasiyasından 20-40 dəfə aşağıdır.
"Biz Hindistanın nüvə yanacağı zavodlarının Tibet yaylasına bu qədər əhəmiyyətli təsir göstərəcəyini gözləmirdik. Hindistanda fəaliyyət göstərən və tikilən çoxlu nüvə obyektləri ilə bu, radiasiya riskləri yaradır. Buna görə də, bu cür təsirlərin miqyasını qiymətləndirmək üçün hələ də əlavə məlumatlara ehtiyacımız var", deyə tədqiqat müəllifi Dr. Zanq Luyuan bildirib.
© Qaynarinfo.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay