Avtomobil istehsalçısı smartfon buraxdı
"Polestar" avtomobil şirkəti "Meizu" ilə əməkdaşlıqda hazırlanmış "Polestar Phone" adlı ilk smartfonunu təqdim edib.
Valyuta.az xəbər verir ki, bu barədə GSMArena portalı məlumat yayıb.
"Polestar Phone" "Meizu"nun sahibi olan başqa bir avtomobil istehsalçısı "Geely" tərəfindən istehsal edilmiş "Meizu 21 Pro"nun tam surətidir. Yeni məhsul 1368x3192 piksel təsvir ölçüsünə, 120 Hz təzələnmə tezliyinə və 1850 nit pik parlaqlığa malik 6,79 düymlük OLED displeylə təchiz edilib. Qurğu 16 QB əməli yaddaş və 1 TB daxili yaddaşla tamamlanan Snapdragon 8 Gen 3 çipi ilə təchiz edilib. "Polestar Phone" 50 meqapiksellik əsas sensorlu üçlü kameraya, 13 meqapiksellik ultra geniş bucaqlı sensora və 3x optik zumlu 10 meqapiksellik telefoto obyektivə malikdir. 5050 mAh batareya 80 Vt sürətli simli doldurmanı və 50 Vt simsiz doldurmanı dəstəkləyir.
"Polestar Phone" tək konfiqurasiyada və yalnız ağ rəngdə 7388 yuan (təxminən 1733 manat) qiymətində təklif olunacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay