Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzi cərimələnə bilər
Naxçıvan Muxtar Respublikası (MR) Yoluxucu Xəstəliklər Mərkəzi barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, Mərkəzə qarşı İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Naxçıvan Şəhər Məhkəməsində baxılacaq.
Gülsüm Əliyeva iş üzrə hakim təyin edilib.
518.1-ci maddəyə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay