BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
46665

Devid Bekhem keçmiş dostu Mark Volberqi 8,5 milyon funt-sterlinqlik iş mübahisəsinə görə məhkəməyə verib. 

Valyuta.az xəbər verir ki, Bekhem və 52 yaşlı fitnes həvəskarı, "Teddy Bear" (Ted) filminin aktyoru 2007-ci ildə ABŞ-ın Los-Anceles şəhərində eyni məhəllədə yaşayarkən yaxın dost olublar. Ancaq bu dostluq tamamilə dağılıb. Keçmiş dostunun biznes sövdələşmələri zamanı onu aldatdığını iddia edən Bekhem Volberqin şirkətini milyonlarla dollar itkiyə səbəb olan fırıldaqçılıqda günahlandırıb.

"The Sun"da yayımlanan sənədlərə görə, Bekhemin şirkəti "DB Ventures Ltd" ilk dəfə 2022-ci ilin oktyabrında "Wahlberg"in avstraliyalı sahibkarı Qreq Norman ilə birlikdə şərik olduğu "F45 Training"ə qarşı iddia qaldırıb. Bekhem və Norman brend səfir kimi işləmək üçün aldadıldıqlarını iddia ediblər. Aktyorun investisiya şirkəti "Mark Wahlberg Investment Group" (MWIG) və "F45 Training"in təsisçiləri Adam Qilçristlə Rob Deutşa qarşı da iddia qaldırıb. 

Əfsanəvi ingilis futbolçu qiymətlər enməzdən əvvəl vəd edilmiş səhmləri gizlətdikləri üçün 340 milyon funt-sterlinqdən çox itirdiyini deyib. Volberq və digər müttəhimlər isə “fırıldaqçılıq” iddialarının əsassız olduğunu bildirib, hakimdən işin bağlanmasını istəyiblər. İşə xitam verilməsi barədə ərizələrində onlar daha da irəli gedərək Bekhemin öz səhvlərini başqalarının üzərinə atmağa çalışdığını bildiriblər. 

Volberq 2019-cu ildə investisiya qrupu vasitəsilə şirkətdə pay aldıqdan sonra "F45 Training"in minoritar səhmdarı olub. "F45 Training" özünü həyatını dəyişən idman zalı və funksional komanda təlimi təklif edən şirkət kimi qələmə verib. 2011-ci ildə Qilçrist və Deutş tərəfindən Avstraliyada qurulan şirkətin dünya üzrə iki mindən çox studiyası var. Onlardan mini ABŞ-da, 500-ü isə Avstraliyadadır. Volberq 2022-ci ildə baş brend direktoru təyin edilib. 2023-cü ilin avqustunda "F45 Training"in səhm qiyməti 75 faiz ucuzlaşdıqdan sonra Nyu-York Fond Birjasından (NYSE) delistinqini elan edib. "Berkshire Hathaway"in şirkəti "Business Wire"a görə, "F45 Training" sözügedən siyahının standartlarına cavab vermədiyi barədə xəbərdarlıq almışdı.

Bekhem İnstaqramda "F45 Training"i tanıdan sosial media paylaşımları etsə də sonradan həmin fotolar silindi.

Elmir
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"dan 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin