Xəbər
22.04.2024 / 13:17
“Adore Kompani”nin rəhbəri dəyişib
46650
Azərbaycanda parfumeriya və kosmetika mağazalar şəbəkəsinə sahib “Adore Kompani” MMC-nin (əvvəlki Ideal Kompani) baş direktoru dəyişib.
Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, şirkətə bundan sonra Kamal Abdullayev Ramiz oğlu rəhbərlik edəcək. Buna qədər şirkətə Nərmin İsmayılova Vəkil qızı rəhbərlik edirdi.
N.İsmayılova paralel olaraq 2020-ci ilsən “Gazelli Group” MMC-yə də rəhbərlik edirdi.
Xatırladaq ki, “Adore Kompani” MMC əvvəllər “İdeal Kompani” adlandırılırdı. Şirkət rəqib olan “Sabina” Parfumeriya və Kosmetika mağazalar şəbəkəsini aldıqdan sonra rebrendinq etmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay