Xəbər
22.04.2024 / 11:50
“Araz” Supermarketlər şəbəkəsinin rəhbərliyinə yeni təyinat olub
46637
“Araz Supermarket”in rəhbərliyinə yeni təyinat olub.
Valyuta.az bu barədə şirkətə istinadən xəbər verir. Məlumata görə, bu il aprelin 17-də Əminə Bəşirova MMC-nin İdarə Heyətinin üzvü, maliyyə direktoru təyin edilib. Bununla da supermarketlər şəbəkəsinin İdarə Heyətinin tərkibi 6 nəfərdən ibarət olub.
Qeyd edək ki, Əminə Bəşirova 2005-ci ildən Veysəloğlu MMC-də fəaliyyətə başlayıb. Veysəloğlu Şirkətlər Qrupunda Mühasibat uçotu Departamentinin müdiri və Biznesə Nəzarət Departamentinin rəhbəri olub. Yeni vəzifəsinə qədər “Araz Supermarket” MMC-də Spar Françayzinq Maliyyə müdiri vəzifəsində çalışıb.
Leyli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay