BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
46600

Azərbaycan Orta Dəhlizin reallaşdırılması üçün öz üzərinə düşən işləri tam yerinə yetirib.

"Report" xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) Qrupunun Yaz Toplantısı çərçivəsində təşkil olunmuş “Orta Dəhlizin ticarət və logistika potensialının reallaşdırılması” mövzusunda tədbirdə deyib.

S.Şərifov Azərbaycanın Orta Dəhlizin mühüm tərəfdaşlarından biri olduğunu vurğulayaraq son illərdə ölkədə yol-nəqliyyat infrastrukturunun inkişafı, ticarət və logistika potensialının genişləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb.

Nazir bildirib ki, Dünya Bankının təqdimatında da qeyd olunduğu kimi, Azərbaycan Orta Dəhlizin reallaşdırılması üçün öz üzərinə düşən işləri tam yerinə yetirib. O, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma gücünün artırılması, eləcə də ölkədə nəqliyyat və logistika infrastrukturunun yaxşılaşdırılması ilə bağlı görülən digər işləri qeyd edib. Nazir Zəngəzur dəhlizinin də Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu və region ölkələrinin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcəyini bildirib. Sonda Samir Şərifov Azərbaycanın Orta Dəhlizin fəal və vacib tərəfdaşı olmağa davam edəcəyini qeyd edib.

Qeyd edək ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti xanım Antonella Bassaninin sədrliyi ilə keçən görüşdə Dünya Bankının, Avropa Komissiyasının və ABŞ Dövlət Departamentinin nümayəndələri ilə yanaşı, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin, eləcə də Türkiyənin hökumət nümayəndələri iştirak edib.

Tədbirdə Dünya Bankı tərəfindən aparılmış təhlilə əsasən Orta Dəhlizin reallaşdırılmasının mümkün olduğu bildirilib və onun əsasən Çin və Mərkəzi Asiya ölkələri üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Daha sonra dəhlizin nəqliyyat-tranzit potensialının artırılması üçün qarşıda duran çağırışlar və onların həlli ilə bağlı Dünya Bankının təklifləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyənin nəqliyyat və infrastruktur naziri, Qazaxıstan Mərkəzi Bankının sədri, Gürcüstan və Ermənistanın maliyyə nazirləri çıxış edərək Orta Dəhlizin imkanlarından və əhəmiyyətindən danışıblar.

Bununla yanaşı, maliyyə naziri Samir Şərifov Azərbaycan nümayəndə heyətinin BVF-nin sərəncamçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşündə iştirak edib, həmçinin Asiya İnfrastruktur İnvestisiya Bankının Prezidenti Cin Liqun, İqlim İnvestisiya Fondunun baş icraçı direktoru xanım Tariye Gbadagesin, Avrasiya İnkişaf Bankının idarə heyətinin sədri cənab Nikolay Podquzov və İsveçrənin Beynəlxalq Maliyyə üzrə Dövlət Katibi xanım Daniella Stoffel, Standard ənd Purs və Mudiz beynəlxalq kredit reytinq agentlikləri ilə görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"dan 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin