Xəbər
17.04.2024 / 21:28
“Bakıinşaatsənaye” 1500 manat cərimələnə bilər
46395
Dövlət Gömrük Komitəsi (DGK) “Bakıinşaatsənaye” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati protokol tərtib edib.
Valyuta.az xəbər verir ki, ASC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
485.2-ci maddəyə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay