"Azerstar" ölkədən çıxardığı valyutanı geri qaytarmayıb
Zaqatalada fındıq emalı müəssisəsi olan "Azerstar" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.
Valyuta.az-ın məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə iddası ilə irəli sürülüb və iş məhkəməyə göndərilib.
İnzibati Xətalar Məcəlləsinin 483.-cü maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə edilir.
İşə 29.04.2024-cü il tarixində Balakən Rayon Məhkəməsinin hakimi Hümbət Səlimovun sədrliyi ilə baxılacaq.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay