BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7692
  • RUB
    1.6998
  • TRY
    0.0483
  • GBP
    2.1321
46297

Azərbaycanda əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr birləşəcək.

Valyuta.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Bələdiyyələrin statusu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək.

Birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol veriləcək.

"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişikliyə əsasən isə yuxarıda nəzərdə tutulan halda bələdiyyələrin birləşdirilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

- Birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Milli Məclisə təqdim edəcək;

- Milli Məclis əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edəcək. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AMB açıqladı - “PashaPay”, “PulPal”, “K Group” tələbləri pozub

"MET-AK" hansı qaydaları pozub?

AMB “Açıq bankçılıq” üzrə təsdiq olunmuş tələblərə dair açıqlama yayıb

Xaricdən avtomobil gətirənlərin xərcləri boşa gedə bilər - AÇIQLAMA

Türkiyə Mərkəzi Bankı 22 aydan sonra faiz dərəcələrini azaldıb

Türkiyə Mərkəzi Bankı 22 aydan sonra faiz dərəcələrini azaldıb

İran rialı ucuzlaşma rekordunu yenilədi

“İpək Yolu Sığorta” əvvəlki kimi işləyə bilmir, yığımları 10 milyon manatdan çox azalıb

Sosial yardım nə qədər artacaq?

Baş nazir uyğunluğun yoxlanılması üçün qaydaları təsdiqlədi

Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə zəng edib

Təyyarə qəzasında həlak olanların siyahısı açıqlandı

AZAL prezidentindən təyyarənin dronla vurulması iddiası ilə bağlı açıqlama

Bu dərman vasitəsinin bir seriyası geri çağırılıb

Azərbaycan və Qazaxıstan baş nazirləri qəzada həlak olanların nəşlərinin ölkəyə gətirilməsini müzakirə edib

Çin dünyanın ən böyük su elektrik stansiyasını tikir - 137 milyard dollar xərcləyəcək

Çin dünyanın ən böyük su elektrik stansiyasını tikir - 137 milyard dollar xərcləyəcək

Kreml ekspertizanın nəticəsi elan olunmayana qədər təyyarə qəzasının səbəblərini şərh etməyəcək

“Həlak olanların 26-sı, sağ qalanların 16-sı Azərbaycan vətəndaşıdır”

Yaponiya aviaşirkəti kiberhücum səbəbindən bilet satışını dayandırıb

Sabah yağış yağacaq

Banklara 73 milyon dollar satıldı - VALYUTA HƏRRACI

“DoubleU Games” Türkiyənin mobil oyun startapını 67 milyon dollara alır

AZAL: Təyyarə qəzasında ölənlərin cənazəsi iki gün ərzində ölkəyə gətiriləcək

AZAL-ın prezidentindən təyyarə qəzası ilə bağlı AÇIQLAMA

Paşinyan Avrasiya İqtisadi İttifaqı sammitində iştirak etməyi planlaşdırır

Azərbaycan TDT ölkələrinə 20 milyard dollar investisiya qoyub

İşsizlər ünvanlı sosial yardım ala biləcək? (AÇIQLAMA)

Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub

Turizm Agentliyi bu şirkətə 2 həftədə 5 milyonluq sifariş verib - TƏFƏRRÜAT

2 sığorta agentinin lisenziyası ləğv edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin