“Kalaşnikov” zavodu elektrik motosikletlərin istehsalına başlayıb (FOTO)
Silah istehsalçısı “Kalaşnikov” konserni “İj-49” retro motosikletlərini elektrik versiyada buraxıb.
Bu barədə şirkətin mətbuat xidmətinə istinadən xəbər yayılıb.
Bildirilib ki, buraxılış məhdud sayda həyata keçirilib.
“Retro üslubda təqdim olunan bir nəfərlik ikitəkərli elektrik motosikleti şəhər mühitində səyahət üçün nəzərdə tutulub. O, qabaqcıl texnoloji məzmuna və lakonik formalara malikdir, sürmək üçün rahatdır”, - “Kalaşnikov” konsernindən qeyd edilib.
Model təxminən 100 kilometr məsafə ehtiyatı olan litium-ion akkumulyatorla təchiz edilib. Gediş məsafəsi sürət və sürmə tərzindən asılı olaraq dəyişə bilər. Motosikletin maksimal sürəti 95 km/saatla məhdudlaşdırılıb, çəkisi isə 130 kiloqramdır.
Qeyd edək ki, “Kalaşnikov” konserni “İjmaş” zavodunun varisidir və o, silahlardan əlavə, motorlu nəqliyyat vasitələri də istehsal edir.
©Oxu.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay