Ekologiya
08.04.2024 / 08:51
Yaponiya sahillərində güclü zəlzələ olub
45861
Yaponiyanın Küsü adasının cənub-qərbində, Miyazaki prefekturasının cənubunda 5,2 maqnitudada zəlzələ baş verib.
"Report"un məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi xəbər yayıb.
Mütəxəssislər fövqəladə hallar barədə xəbərdarlıq sistemi vasitəsilə zəlzələdən sonra güclü titrəyiş ehtimalı barədə xəbərdarlıq ediblər.
Təbii hadisənin episentri Miyazaki sahillərində olub. Zəlzələ ocağı 40 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay