BAKU Azərbaycan
3.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
45599

Əmək Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

Bəs iş ili başlanmamış növbəti iş ilinin əmək məzuniyyətindən istifadə etmək mümkündürmü? Mövzu ilə bağlı “vergiler.az”ın sualına əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir:

Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Əmək Məcəlləsinin 113-cü maddəsinin 3-cü bəndi iş ili başlanmamış əmək məzuniyyətinin istifadə edilməsini qadağan edir.

Misal: İşçi 17.11.2022-ci il tarixdə işə başlayıb. Bu halda onun iş ili 17.11.2022-17.11.2023 tarixləri hesab ediləcək. Fərz edək ki, işçi 15.07.2023-ci il tarixdə işəgötürənə müraciət edərək 17.11.2022-17.11.2023 iş ili və 17.11.2023-17.11.2024-cü iş illərinin məzuniyyətindən birlikdə istifadə etmək istəyir. Bu halda işəgötürən ona yalnız cari iş ilinin əmək məzuniyyətini verməli, gələcək iş ilinin məzuniyyəti isə işçi və işəgötürənin razılığına əsasən iş ili başladıqdan sonra istifadə edilə bilər. Əgər işçi 18.11.2023-ci il tarixdə iki iş ilinin əmək məzuniyyətindən istifadə etmək istəyərsə, işəgötürənin razılığı ilə bu hal mümkündür.

Əsas: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabının 2024-cü il nəşri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Melaniya Tramp: Onu ABŞ-ın digər birinci xanımlarından fərqləndirən 10 FAKT

TikTok qadağasının 48 saatı: Tramp bu qərarı niyə ləğv etdi?

Bu peşədə işləyənlər ağır xəstəliyə tutula bilər

Büdcədə son 5 ilin ən kiçik kəsiri qeydə alındı

Gürcüstandan avtomobil gətirilməsi 43 faiz azalıb

İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

Bakı metrosu "Dərnəgül" deposunu istifadəyə verməyə hazırlaşır

Nazir: Saxlanılan gəmilərimizlə bağlı danışıqlar davam edir, müsbət irəliləyişlər var

Əhali ən çox pulu hansı aylarda xərcləyir? - QRAFİK

Bakının bu rayonunda üç gün su olmayacaq

Bakının bu rayonunda üç gün su olmayacaq

Metropolitenin yeni rəhbəri sıxlığı necə həll edəcək? - AÇIQLAMA

"Shiba Inu Coin" üçün böyük həftə: inqilabi açıqlamalar verildi

Vüsal Aslanov: "Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir"

Xəzər dənizində üzən gəmilərə xəbərdarlıq - RƏSMİ

İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

Baş prokuror: AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq

Eldar Əzizov: "Bakının Baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir"

Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Tramp inauqurasiyadan dərhal sonra təxminən 100 fərman imzalamağı planlaşdırır

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin