Ekologiya
04.04.2024 / 10:13
Güclü külək axşama doğru zəifləyəcək
45595
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ölkə ərazisində müşahidə olunan güclü küləklə bağlı hazırki vəziyyəti şərh edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, ölkə ərazisində güclü şimal-qərb küləyi davam edir. Hazırda bölgələrdə küləyin ən güclü olduğu ərazi Tərtər rayonudur, burada küləyin maksimal sürəti 30 m/s-dir.
Naftalanda küləyin sürəti 28 m/s, Goranboyda 23 m/s, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Mingəçevir, Quba, Ağdam, Bərdədə 18 m/s-yə çatır”.
G.Məmmədovanın sözlərinə görə, müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay