MDB ölkələrində orta aylıq əmək haqqı – Azərbaycan neçənci sıradadır?
Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında nominal orta aylıq əmək haqqına görə Qazaxıstan Rusiyanın önünə keçərək ilk sırada qərarlaşıb.
Valyuta.az Yeniavaz.com-a istinadən xəbər verir ki, MDB Dövlətlərarası Statistika Komitəsi tərəfindən açıqlanan sonuncu statistik göstəricilərə görə, ötən ilin yekunlarında Qazaxıstanda orta aylıq əmək haqqı 807 dollara (360 min 765 tengə) bərabər olub.
Qazaxıstandan sonra ikinci sırada Rusiya qərarlaşıb. Bu ölkədə orta aylıq əmək haqqı 775 dollar (70 min 969 rubl) olub.
Azərbaycan bu siyahıda 5-ci sırada yer alıb. Azərbaycanda orta aylıq əmək haqqının məbləği 549 dollar (933,8 manat) olub.
Ermənistanda isə orta aylıq nominal əmək haqqı Azərbaycanla müqayisədə 150 dollar çox olub. Belə ki, ötən il Ermənistanda orta aylıq əmək haqqının məbləği 700 dollar (269 994 dram) təşkil edib.
MDB-nin digər ölkələrind’ orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay