BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
45491

“Gözəllik mərkəzlərində xidmət göstərən şəxslər vətəndaşı aldatmayıbsa, dedikləri qaydada prosesləri yerinə yetiribsə, xidmət alan müştəri pullarını geri tələb edə bilməz”. 

Bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli son dövrlər müştərilərlə gözəllik salonları arasında yaranan narazılıqla bağlı danışarkən deyib.

İqtisadçı bildirib ki, Mülki Məcəlləyə görə, məhsulun ilkin forması xüsusiyyətləri sıradan çıxarılmadan geri qaytarılması hüququ formalaşıb:

“Amma burda söhbət qabaritlərə məxsus qeyri-ərzaq məhsulları, elektrotexnika, mebel, geyim məhsullarının geri qaytarılmasından gedir. Yəni, qanunverilik bu məhsulların zədələnmədən geri qaytarılmasına icazə verir. 

Lakin xidmət sektoru və xüsusilə tibbi və qeyri-tibbi xidmət sektoru, gözəllik mərkəzlərinin göstərdiyi xidmətinə edilən ödənişə gəldikdə isə qanunla müəyyənləşməyib ki, müştəri narazı qaldığı üçün ödədiyi məbləğ dərhal geri qaytarılsın”.  

Xalid Kərimlinin sözlərinə görə, bu artıq mübahisəli məsələyə çevrilir. Xidmət göstərən problemi könüllü şəkildə həll etmirsə, müştəri artıq məhkəməyə müraciət etməlidir:

“Artıq məhkəmədə bununla bağlı qərar verilməlidir, müştərinin aldadılıb-aldadılmadığı müəyyən edilməlidir. Bu problemə nəzarət edəcək, məsələlərə müdaxilə edəcək  digər qurum İqtisadiyyat Nazirliyinin İstehlak Bazarlarına Nəzarət və Antihisar Xidmətidir.  Bu qurum da baş verən hadisələrə müştərilərin prizmasından yanaşa bilər. Əgər göstərilən xidmət qarşılığında sizdə hansısa fəsadlar qala, xəstəlik yaranarsa, bu məsələ artıq cinayət tərkibinə də gətirib çıxara bilir”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin