BAKU Azərbaycan
3.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
45486

Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi yeni tələblər ölkədə geniş müzakirələrə səbəb olub. Bununla yanaşı, bəzi metro ətraflarında şəhərətrafı kənd və qəsəbələrə, eləcə də əks istiqamətə hərəkət edən çoxsaylı "manatlıq" taksilər mövcuddur. İctimai nəqliyyatdan istifadə etməyən sərnişinlər sərfəli olduğu üçün daha çox bu taksilərə üstünlük verirlər. Yeni tələblərdən sonra isə "manatlıq" taksi kimi işləyənlərin fəaliyyəti sual altındadır.

 

Bəs ölkəmizdə taksi minik avtomobillərinə dair təsdiq edilən tələblər "manatlıq taksilər"ə də şamil ediləcəkmi?

Valyuta.az xəbər verir ki, İqtisadiyyat.az mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, taksi minik avtomobili ilə sərnişindaşımaları həyata keçirən bütün digər hüquqi və fiziki şəxslər kimi sözügedən fəaliyyətlə məşğul olanlar da AYNA-ya elektron qaydada müraciət edərək buraxılış vəsiqəsi və buraxılış kartı almalıdırlar.

Qeyd edilib ki, icazələrin verilməsi "AYNA” informasiya sisteminin "Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir: "İstifadəçilər //e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb".

"Elektron portaldan istifadə zamanı çətinliklərin yaşanmaması üçün AYNA tərəfindən taksi parklarına təlimlər keçirilib və xidmətdən istifadə qaydaları ilə bağlı video təlimat hazırlanıb. Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək", - məlumatda vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Melaniya Tramp: Onu ABŞ-ın digər birinci xanımlarından fərqləndirən 10 FAKT

TikTok qadağasının 48 saatı: Tramp bu qərarı niyə ləğv etdi?

Bu peşədə işləyənlər ağır xəstəliyə tutula bilər

Büdcədə son 5 ilin ən kiçik kəsiri qeydə alındı

Gürcüstandan avtomobil gətirilməsi 43 faiz azalıb

İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

Bakı metrosu "Dərnəgül" deposunu istifadəyə verməyə hazırlaşır

Nazir: Saxlanılan gəmilərimizlə bağlı danışıqlar davam edir, müsbət irəliləyişlər var

Əhali ən çox pulu hansı aylarda xərcləyir? - QRAFİK

Bakının bu rayonunda üç gün su olmayacaq

Bakının bu rayonunda üç gün su olmayacaq

Metropolitenin yeni rəhbəri sıxlığı necə həll edəcək? - AÇIQLAMA

"Shiba Inu Coin" üçün böyük həftə: inqilabi açıqlamalar verildi

Vüsal Aslanov: "Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir"

Xəzər dənizində üzən gəmilərə xəbərdarlıq - RƏSMİ

İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

Baş prokuror: AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq

Eldar Əzizov: "Bakının Baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir"

Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Tramp inauqurasiyadan dərhal sonra təxminən 100 fərman imzalamağı planlaşdırır

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin