BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
45386

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Quba, Qusar və Xaçmaz rayonlarında təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb, elmi-tədqiqat institutlarının fəaliyyəti ilə maraqlanıb.

MilliYol.az bu barədə nazirliyə istinadən xəbər verir.

Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olan nazirə görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, institutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq və su analizi aparan aqroekologiya laboratoriyası və bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyası fəaliyyət göstərir. İnstitutda yeni meyvə bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması üçün nəzərə tutulmuş xüsusi istixana-tingçilik kompleksi yaradılıb. Nazir bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsi prosesinin gedişi ilə maraqlanıb, kollektivə öz tapşırıq və tövsiyələrini verib.

M.Məmmədov səfər çərçivəsində Qubanın Aşağı Atuc kənində yerləşən “Zafars Nursery” tingçilik təsərrüfatına, Xaçmaz rayonunun Çarxı kəndində Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə qurulmuş damazlıq heyvandarlıq təsərrüfatına baş çəkib, təsərrüfatda damazlıq-seleksiya işlərinin təşkili, heyvanların saxlanma şəraiti və yem tədarükü prosesi ilə tanış olub.

Daha sonra nazir Niyazoba kəndində yerləşən gündəlik istehsal gücü 100 000 ədəd olan yumurta istehsalı müəssisəsinin inşası prosesi ilə maraqlanıb, Xudat qəsəbəsində fəaliyyət göstərən müasir fındıq emalı zavoduna baş çəkib, Maqsudkənd kəndində özəl sektor tərəfindən salınan yeni fındıq bağı layihəsi ilə tanış olub, Qusarçay kəndində salınmış müasir superintensiv meyvə bağlarına, “Man Agro” və “Amoris” şirkətlərinə məxsus soyuducu anbarlara baş çəkib.

Nazir həmşinin "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Qusar rayonunda yerləşən heyvandarlıq təsərrüfatı, “Azərbaycan-Türkiyə müştərək toxumçuluq müəssisəsinin əkin sahələri, Xaçmaz toxum emalı zavodu, Aqrar Xidmətlər Agentliyinin sort sınaq məntəqəsi, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Xaçmaz dayan stansiyasında olub, iş prosesinin təşkili ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

Əhalini ən çox aldadan şirkətlər - “Kontakt Home” I yerdə

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin