Azərbaycanda atmosferə atılan tullantıların həcmi açıqlandı
Ötən il Azərbaycanda stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 34,5 min ton çoxalıb.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bununla da çirkləndirici maddələrin həcmi ümumilikdə 965,1 min ton təşkil edib. Onun da 85% faizi və ya 820,8 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb.
Məlumatda vurğulanıb ki, avtomobillərdən atılmış zərərli maddələrin həcmi 6,3% artıb, stasionar mənbələrdən atılan maddələrin həcmi isə 8,9 % azalıb.
Həmçinin stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 21,1 min ton, Sumqayıt şəhərində 0,9 min ton azalıb,Mingəçevir şəhərində isə 0,2 min ton artıb.
2023-cü ildə stasionar mənbələrdə yaranan zərərli maddələrin 67,3%-i təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 85,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınıb.
Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 61,5%-ni karbon oksidi, 21,3%-i karbohidrogenlər, 13,4%-i azot oksidi, 0,1%-i kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay