BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1375
  • TRY
    0.0436
  • GBP
    2.3093
44947

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir.

Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir.

Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların boy artımına təsir edən mənfi amillər nələrdir? Qidalanmanın, idmanın, yuxu rejiminin boy uzanmasına təsiri necədir? Boy artımı neçə yaşa qədər davam edir?

Həkim-endokrinoloq Fərhad Burzu Oxu.Az-a açıqlamasında bildirib ki, hər bir cəmiyyətin yerləşdiyi arealda insanların boy və çəki nisbəti spesifikdir:

“Hər ailəyə məxsus boy, çəki inkişaf meyarları var. Təəssüf ki, biz Türkiyə cədvəllərindən istifadə edirik. Çünki Azərbaycan üçün bu məsələdə qəbul olunmuş standartlar mövcud deyil. Cədvəllərə əsasən,  yenidoğulmuş dövrdən etibarən uşağın hər dövrə uyğun çəkisinin, boyunun, sümük-skeletinin inkişafının nə qədər yetərsiz və ya artıq olmasını müəyyən edirik.

İnkişaf etmiş ölkələrdə pediatrlar, bağça, məktəb həkimləri il ərzində ən azı bir-iki dəfə boy, çəki inkişaf dərəcələrini ölçür və qeyd edirlər. Nəticədə onların boyunun, çəkisinin və cinsi inkişafının irəlilədiyini və ya geri qaldığını təyin edirlər. Bizim cəmiyyətimizdə bu, yox səviyyəsindədir. Çünki bağçada, məktəblərdə bu proses aparılmır”.

F.Burzu deyir ki, yenidoğulmuş dövrdən etibarən uşaqlarda boy artımı geriləyə və ya sürətlə irəliləyə bilər:

“Qısaboyluluğu ən kiçik yaşda təyin etmək mümkündür. Müalicə-təqib tədbirlərinə iki yaşından etibarən başlanılır. Qızlarda 9-13 yaşından, oğlanlarda isə 13-15 yaşdan etibarən cinsi inkişafla yanaşı, boy artmasına da daha ciddi yanaşırıq. Boy inkişafının geriləmə dərəcəsi üç faiz (3-cü persentil) civarındadırsa, boy yetməzliyi hesab olunur. Persentil 100-ün üstündədirsə, boy artıq hesab edilir”.

Endokrinoloq vurğulayıb ki, boy artımına təsir edən faktorlar orqanizmdə boy hormonunun ifrazının artıqlığı və azlığı ilə əlaqəlidir:

“Genetik faktor da burada əsas məsələdir. Həm irsi olaraq qısaboyluluq, həm də boy hormonunun yetməzliyi ola bilər. Boy qısalığı və hündürlüyü tək sağlamlıq məsələsi deyil, eyni zamanda, əmək qabiliyyətinin olmaması və əlillik dərəcəsi üçün əsas kimi də dəyərləndirilir. Passiv həyat tərzi, həddən artıq elektron cihazlardan istifadə, stres, qeyri-sağlam qidalanma uşağın böyüməsinə və bədənin ümumi inkişafına mənfi təsir göstərir.

Qeyd edim ki, böyümə hormonunun ifrazı uşaqların yuxu rejimi ilə birbaşa bağlıdır. Belə ki, boy hormonu, əsasən, gecə saat 21:00-3:00 arasında və uşaq yuxuda olarkən ən yüksək ifraz olunma həddinə çatır. Əlbəttə ki, bu saatlarda oyaq olan uşaqlar öz boy potensialından geri qalırlar. Amma vaxtında yatan uşaqlar öz genetik potensialının maksimum həddinə çata bilirlər”.

Həkim uşaqların sağlamlığı barədə valideynlərə çağırış edib:

“Ölkəmizdə insanlar özünümüalicə ilə məşğul olmaqdadırlar. Təəssüf ki, çox adam fərqli üsullarla boy hormonları əldə edir. Bu, yolverilməzdir. Sosial şəbəkələrdə satılan dərmanlara nəzarət edən qurum yoxdur və orada kim nə istəyir, satır.

Ölkədə qeydiyyatdan keçməyən çoxlu sayda dərmanlar satılır. Çalışmaq lazımdır ki, həkim yazan dərmanlardan istifadə edilsin. Bütün bu hallardan övladlarınızı qorumaq üçün onların müalicəsini həkim müayinəsi ilə davam etdirməyiniz məqsədəuyğundur”.

Pediatr Vaqif Qarayev Oxu.Az-a açıqlamasında bildirib ki, son zamanlar sosial şəbəkələrdə boy məsələsi ilə bağlı paylaşımlar aktuallaşıb:

“Hər uşağın boy hormonu yoxlanılmalıdır. Bu, atanın, ananın boy ölçüsü və müəyyən əmsalla aparılır. Nəticədə ortaya rəqəm çıxır. Bu rəqəmlə uşağın boy artımında problemin olub-olmadığı bilinir. Eyni zamanda, uşaqların boyunda inkişafın olub-olmaması onun biləyindən edilən rentgen çəkilişindən də bilinir.

Valideynlər bilməlidirlər ki, aptekdəki boy dərmanı satan şəxslər boyu təyin etmirlər. Valideyn uşağının boyunun ölçüsündən narahatdırsa, mütləq həkimə müraciət etməlidir. Əgər aparılan müayinələrdə nəticələr normaldırsa, valideynin özünün boyu balacadırsa, bu, genetik məsələdir. Bunu belə qəbul etmək lazımdır. Tövsiyə edilən dərmanlar sizin uşağınıza mənfi təsir edə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Metrologiya İnstitutunun tenderləri baş tutmadı

“Komfort Construction” şirkətinin 86 min manat vergi borcu üzə çıxdı

Yaponiya dünyanın ən böyük xarici aktiv sahibi olmaqdan çıxdı - 34 il sonra

Süni intellekt modellərini aldatmaq hələ də çox asandır - ARAŞDIRMA

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

​​Elmi-Tədqiqat Pediatriya İnstitutundan “Arash Medical”a 179 min manatlıq sifariş

"Xalq Həyat" hər 100 manata 83 manat ödədi – Digər şirkətlər nə qədər ödəyib?

“Bu qərarla lisey və gimnaziyalara olan marağı məhv etdik” – Təhsil eksperti

Bill Qeyts yay mövsümü üçün 5 kitab tövsiyə etdi

Kibertəhlükə yaxınınızda - Bu parolları telefonda istifadə etməyin

Məhkəmə Hüseyn Həsənov barədə qərar verdi

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

Yer kürəsinin nüvəsindəki qızıl və qiymətli metallar lavalara sızır

"OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Lisey və gimnaziyalara qəbul qaydaları niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA

Ölkəmizdə ən çox hansı rayonlar ziyarət edilir? - AÇIQLAMA

Əcnəbi şirkətin 175 min manat vergi borcu var

Naxçıvan xəstəxanasına yeni direktor təyin edildi

Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI

Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI

16 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Xaricdən maşın alanda aldanmamaq üçün bunlara diqqət edin

Fəaliyyəti dayandırılmış ABU-nun vergi borcu üzə çıxdı

Məhkəmə 8000 manat dələduzluq edəni həbs etmədi

Harvard Universitetinin qadağa qoyduğu əcnəbi tələbələri hansı ölkə qəbul edəcək?

Azərbaycanlı alim vəfat etdi - FOTO

"KFC" bu ölkələrə 2 milyard dollar sərmayə yatıracaq

Ali təhsil haqqında qanun layihəsi ötən çağırışdan hazırdır -DEPUTAT

Pub 3 milyon 200 min manatla satışa çıxarılıb - Hərrac tarixi açıqlandı

Prezident: Bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin