BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
44350

Bəlkə də NASA-nın ən ikonik yeniliklərindən biri onun skafandrıdır. 

Valyuta.az xəbər verir ki, son illərdə saysız-hesabsız şəkillərdə və videolarda nümayiş etdirilən bu kostyumlar astronavtları kosmosun təhlükələrindən qorumaq üçün hazırlanıb. Bu da Beynəlxalq Kosmik Stansiyadan kənarda kosmos gəzintilərini və daha çoxunu həyata keçirməyə imkan verir. Təsəvvür etdiyiniz kimi, həmin kostyumlar inanılmaz dərəcədə mürəkkəbdir və bu da onların astronomik qiymətə olmasına gətirib çıxarır. 

Kosmosun tədqiqinin yeni dövrü ilə əlaqədar NASA-nın yüksək sürətli məlumat ötürmə imkanlarını, işıqları olan yüksək dəqiqlikli kameranı və daha çoxunu nəzərdə tutan yeni nəsil kosmik gəminin hazırlanmasını maliyyələşdirməsi təəccüblü deyil. Kosmik agentlik bu yeni nəsil kostyumu hazırlamaq üçün illər sərf edib.  NASA-nın Baş Müfəttişlik İdarəsi audit hesabatında kostyumların xərclənən yüz milyonlarla dollara görə çox bahalı olduğunu sübut edib. 

Bəs təkcə NASA-nın hazırladığı kosmik geyimin qiyməti nə qədərdir? Bu gün hamımıza tanış olan agentlik tərəfindən istehsal olunmuş skafandr “Extravehicular Mobility Unit” (EMU) adlanır və ilk belə geyim hələ 40 il əvvəl hazırlanıb. Astronavtlar üçün qoruyucu geyim kimi görünməsinə baxmayaraq, EMU, əslində, bir nəqliyyat vasitəsidir. Kostyum birləşdirilmiş müxtəlif çoxsaylı komponentlərə, o cümlədən həyati dəstək sistemi, dəbilqə və sair funksiyalara malikdir. NASA-nın Baş Müfəttişlik Ofisi tərəfindən 2017-ci il hesabatında qeyd edildiyi kimi , EMU-ların istismar müddəti 15 ildir. Hesabatda deyilir ki, bu kostyumların istehsal olunduğu ilkin proqram artıq köhnəlsə də, hazırda Beynəlxalq Kosmik Stansiyadakı (BKS) astronavtlar onların "yenilənmiş və qismən yenidən işlənmiş" versiyalarından yararlanır. Bundan başqa, skafandr astronavtları kosmosda təxminən səkkiz saat ərzində -185° C soyuqdan, 150° C istilikdən qoruya bilir. Kostyumlarda həmçinin pampers və xüsusi burun, baş qaşıyan düymələr və bir sıra funksiyalar mövcuddur.

Bir skafandr üçün vahid qiymət etiketi yoxdur, çünki illər ərzində müxtəlif versiyalar mövcud olub və onların dəqiq xərclərini hesablamaq çətindir. Bununla belə, əksər mənbələr, hesabatlar ictimaiyyətə bir kostyumun hazırlanmasına və istehsalına nə qədər pul xərcləndiyi barədə təxmini fikirlər verir. Təkmilləşdirilmiş EMU-ların arxasında duran istehsalçı “ILC Dover”, hər kostyum üçün təxminən iki milyon dollar qiymət müəyyənləşdirib. Ancaq NASA-nın saytında hələ də qorunub saxlanılan 1994-cü ilin hesabatında onların son dəyərini hesablayarkən bu geyimlərin birdəfəlik kostyumlar olmaması və təkrar istifadəsinin mümkünlüyünün nəzərə alınmasının vacibliyi də vurğulanıb. 

Delaver Universitetindən verilən açıqlamada, “ILC Dover” tərəfindən “Apollon” dövrünə aid skafandrın 1960-cı illərdə istehsalı üçün 75.000-100.000 dollar xərcləndiyi bildirilib. Bunun indiki xərclərə ekvivalenti isə təxminən yarım milyon dollardır. Həmçinin şirkət bu kostyumların heç də bütün hissələrini hazırlamamışdı. Yəni digər podratçılar və onların töhfələri ilə birlikdə NASA-nın ümumi xərcləri əhəmiyyətli dərəcədə yüksək idi. “Insider”, 1974-cü ildə hazırlanmış skafandrın vahidinin təxmini qiymətinin 15-22 milyon dollar aralığında olduğunu bildirib. O vaxtdan bəri inflyasiyalar da nəzərə alınanda, qiymət bu gün təxminən 150 milyon dollara qədər artır. 

NASA artıq XEMU adlandırdığı yeni nəsil skafandrların inkişafı üzərində işləyir. Bu kostyumlar gələcəkdə planlaşdırılan “Artemida” və “Gateway” missiyaları da daxil olmaqla müxtəlif missiyalarda astronavtlar tərəfindən istifadə ediləcək. Baş müfəttişliyin hesabatı, auditin aparıldığı 2008 və 2021-ci illər arasında NASA-nın yeni nəsil kostyum texnologiyasını inkişafı üçün 420 milyon dollar xərclədiyini ortaya qoyub. XEMU-ların qiyməti ilə bağlı dəqiq rəqəm yoxdur, lakin NASA-nın baş müfəttişliyi kosmik agentliyin çox güman, bu kostyumları 2025-ci ilin aprelinə qədər istifadəyə hazır vəziyyətə gətirə bilməyəcəyini qeyd edib. Həmin vaxta qədər isə NASA böyük ehtimalla kosmik geyimlərə, o cümlədən təkmilləşdirmə və montaj xərclərinə bir milyard dollardan çox xərclənmiş olacaq. Audit hər bir XEMU-nun qiymətinin təxminən 500 milyon dollar olacağını müəyyənləşdirib.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin