Bakının 3 rayonunda qaz kəsiləcək
Bakının üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Valyuta.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, həmçinin, Xətai rayonu, General Səmədbəy Mehmandarov küçəsi 94A ünvanında orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 13.03.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Əlavə olaraq bildirilib ki, “Qaraçuxur” QPS-də “Əhali” kollektorundan ayrılan “Əmircan” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 13.03.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Yasamal və Xətai rayonlarının bir hissəsinin və Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin və Şərq yaşayış massivinin qaz təchizatında fasilə gözlənilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay