
12.03.2024 / 17:54
“Baku Electronics”in yığılmış vergi borcu 1,2 mln. manatı ötüb
44189
“Baku Electronics” MMC-nin yığılmış vergi borcu 1,2 milyon manatı ötüb.
Valyuta.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, elektronika şirkətinin vergi borcu 11 mart 2024-cü il tarixinə 1 milyon 213,7 min manat təşkil edib.
Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur.
Xatırladaq ki, “Baku Electronics” 2001-ci ildə yaradılıb. Nizamnamə kapitalı 15,1 milyon manat olan şirkətin qanuni təmsilçisi Səid Naxçıvanidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay