BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
43885

Rusiyanın əmək və sosial müdafiə naziri Anton Kotyakov DOST Mərkəzində olub, Rusiya ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

Valyuta.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının əmək və sosial müdafiə naziri Anton Kotyakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nümayəndə heyəti əvvəlcə DOST Agentliyinin 1 saylı DOST Mərkəzi ilə tanış olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən yaradılan DOST Agentliyi və DOST Mərkəzləri barədə məlumat verib. 

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 159 sosial xidmətin “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verib. Ötən dövrdə 2,1 milyon vətəndaş DOST xidmətlərindən faydalanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faiz təşkil edir. DOST konsepsiyası artıq 20-dən çox beynəlxalq mükafatla təltif edilib və bir sıra ölkələr də bu təcrübəni tətbiq etməyə maraq göstərir. 

Nümayəndə heyəti üçün DOST konsepsiyası və sosial sahədə tətbiq olunan geniş elektronlaşma proqramına dair təqdimatlar edilib. Keçirilən ikitərəfli görüşdə S.Babayev Azərbaycan və Rusiya arasında dostluq  münasibətlərinə əsaslanan əlaqələrin uğurlu inkişafını, iki ölkənin dövlət başçılarının siyasi iradəsi, səyləri ilə bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib.

İki ölkənin əmək, məşğulluq və sosial müdafiə sahələrində də fəal əməkdaşlığın həyata keçirildiyi və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğu qeyd edilib. Nümayəndə heyətinə Azərbaycanda sosial sahədə aparılan islahatlar barədə məlumat verilib.

A.Kotyakov ikitərəfli münasibətlərin davamlı olaraq inkişaf etməsindən məmnunluğunu ifadə edib, sosial islahatlar prosesində əməkdaşlığın, təcrübə mübadilələrinin qarşılıqlı faydalı olduğunu bildirib. 

Görüşdə əmək, aktiv məşğulluq proqramları, qeyri-formal məşğulluğun qarşısının alınması, sosial müdafiə, sosial xidmətlər, əlillik və reabilitasiya, müasir texnologiyaların tətbiqi istiqamətlərində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Misir ödənişlərdə rus rublunun rolunun artırılması məsələsini müzakirə edir

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

"MASTER BROKER"-ə protokol tərtib edildi

Türkiyə ikinci atom elektrik stansiyasının tikintisində 50 faiz iştirak gözləyir

"Telemexanika Zavodu" cərimələndi

Qlobal iqtisadiyyat sürətlə bərpa olunur - OECD proqnozunu dəyişdi

Aleksey Mojin: ABŞ BRİKS Maliyyə Nazirlikləri və Mərkəzi Bankın görüşünü pozdu

Dövlət xidmətinin tenderi ləğv edildi

"Safari" brauzeri tezliklə daha "ağıllı" olacaq

Maksimum 23 il - ABŞ Federal Ehtiyat Sistemi kredit faizinə dair qərar verdi

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

"Apple"ın yeni flaqman saatı köhnəsi ilə eyni olacaq

Fitch DTEK Naftogaz-ın reytinqini CC səviyyəsində təsdiqlədi - Yüksək risklər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb (FOTO)

Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Faiz dərəcələri aşağı salındı – Hansı sahədə qiymətlər ucuzlaşacaq?

Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilib - CƏDVƏL

Azərbaycanda 220 min manata beton zavodu satılır (FOTO)

2024-cü il barama mövsümünə start verilib

Ramin Məmmədovun deputat mandatına xitam verildi

Nazirlik milyon yarımlıq dərslik buraxacaq

Sabiq nazir yenidən rektor təyin edildi

Sabiq nazir yenidən rektor təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin