Ötən ay dünyada indiyə qədər qeydə alınan ən isti fevral ayı olub
Avropa Birliyinin (AB) Kopernik peyk monitorinq sistemi ilə aparılan araşdırmalara görə, keçən ay dünyada indiyə qədər qeydə alınan ən isti fevral ayı olub.
Valyuta.az xarici mediaya istinadən xəbər verir ki, Kopernik tərəfindən edilən açıqlamaya görə, keçən ay dünya üzrə orta səth hava istiliyi 13,54 dərəcə selsi olaraq ölçülüb.
Bu ölçü fevral ayı üçün 1991-2020-ci illərin orta göstəricisindən 0,81 dərəcə, 2016-cı ildə qeydə alınan əvvəlki ən isti fevraldan isə 0,12 dərəcə yüksəkdir.
Belə ki, son 9 ay indiyədək qeydə alınan ən isti aylar olsa da, son 12 ayda (2023-cü ilin mart-2024-cü ilin fevral ayları) qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,68 dərəcə artıb. Avropada builki qış 1991-2020-ci illərin orta göstəricisindən 1,44 dərəcə yüksək olub və 2019-2020-ci illərin qışından sonra rekordlar üzrə ikinci ən isti qış kimi qeydə alınıb.
Əvəz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay