BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
43788

Alimlər elektron tullantılardan qızıl çıxarmaq üçün çox effektli üsul tapıb.

Valyuta.az xəbər verir ki, onların hazırladığı üsulla xərclənən hər bir dollar qarşılığında 50 dollar dəyərində qızıl əldə oluna biləcək. Alimlər davamlı və kommersiya baxımından əlverişli olduğunu irəli sürdükləri bu üsulla elektron tullantılardan qiymətli metalları çıxarmaq üçün pendir istehsalında istifadə edilən protein süngərlərindən  yararlanıblar. 

Tədqiqat zamanı elm adamları  təxminən 20 köhnə kompüter anakartından 450 milliqram 22 əyara bərabər qızıl parçaları çıxarıb. 

Bəs söhbət hansı üsuldan gedir? Qızılı əldə etmək üçün alimlər yüksək temperaturda zərdab zülallarının təbiətini dəyişdirərək zülal məhlulu yaradıb və süngər əldə etmək üçün bu şlamı qurudublar. Daha sonra 20 anakartdan metal parçaları çıxarıb, onları turşu vannasında həll ediblər və qızıl ionlarını cəlb etmək üçün məhlulun içinə zülal lifi süngəri yerləşdiriblər. Digər metal ionları da liflərə yapışıb. Amma qızıl ionları süngərə daha səmərəli şəkildə hopub.  Elm adamları bundan sonra əldə etdikləri materialı qızdıraraq qızıl ionlarını lopaya, bu lopaları isə qızıl parçalarına çeviriblər.

Alimlər bu prosesdə "Advanced Materials" akademik jurnalında təsvir edilən metoddan yararlanıb. Araşdırmada külçənin 91 faizinin qızıl, qalan hissəsinin isə 22 əyara uyğun gələn mis olduğu bildirilib. Tədqiqatçılara görə, bütün proses üçün enerji və əlavə olunan mənbə materiallarının satınalma xərcləri, bərpa edilə bilən qızılın dəyərindən 50 dəfə azdır.

Tədqiqatın müəlliflərindən biri olan professor Raffaele Mezzenqa açıqlamasında, "Ən çox bəyəndiyim şey, elektron tullantılardan qızıl çıxarmaq üçün qida sənayesinin əlavə məhsulundan istifadə etməyimizdir... Bundan daha davamlı heç nə yoxdur" - sözlərini söyləyib. 

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Yük avtomobili istehsalı 75 %-dən çox artıb

Benzinlə işləyən avtomobilə dizel, dizellə işləyənə benzin töksək, nə olar?

Bloklanmış IMEI kodlarla şəbəkəyə qoşulma cəhdlərinin sayı açıqlandı

Bu ilin 4 ayında DSMF-nin xərcləri 13,3% artıb

“Kapital Bank”a müraciətlərin 70 %-i müştərilərin xeyrinə həll edilib

Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi

Bakıda Avtovağzalın yanındakı restoran 75 min manata satılır - Fotolar

Bakıda Avtovağzalın yanındakı restoran 75 min manata satılır - Fotolar

Azərbaycanın İrandakı səfirliyi ilə bağlı yeni qərar

Ölkədə benzin istehsalı artıb

Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər (VİDEO)

Dolu düşüb, qar yağıb, 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Azərbaycanda bu zavodun gəlirlə işləməməsinin səbəbləri araşdırılacaq

Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək

Azərbaycan neftinin qiyməti bahalaşıb

Avro və lirə ucuzlaşdı - Məzənnə

Bakının bu ünvanında binalar söküləcək, yeniləri tikiləcək (FOTO)

Quba və Qusara qar yağır

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin