BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8316
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1276
43696

"Bakı şəhəri üzrə müəllimlərin 80%-dən çoxu qadınlardır".

Bunu Valyuta.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli təhsil sahəsində kişi müəllimlərin azalmasına və gender balansının pozulmasına münasibət bildirərkən deyib. 

Ekspert bildirib ki, bölgələrdə bu rəqəm bir az fərqlidir:

"Bu kənd məktəblərində özünü daha çox göstərir. Problem hər gün müzakirə olunur. Qadınlar təmsil olunduğu məktəblərdə yetişən şagirdlərdə qadın xarakteri, qadın tipi formalaşdırır. Ona görə də bu məsələ xüsusi narahat edir. Belə fikirlər var ki, qadınlar MİQ imtahanında  fəaldırlar, biliklidirlər və onlar bu yerlərə daha çox layiq görülürlər. Amma məsələnin bir başqa tərəfi də var. Bu peşəyə gəlmək istəyənlərin özləri belə azlıq təşkil edir".

Məzahir Məmmədlinin fikirincə, bunun qarşısının alınmasının bir mexanizmi var:

"Təklif edərdim ki, bununla bağlı Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə sənəd hazırlaya bilər. Necə ki, bu SSRİ dövründə də olub. Kənd məktəblərində dərs deyən müəllimlər hərbi xidmətdən azad olunurdular. Müəllimlərin yenidən məktəbə qayıtması üçün onlara müəyyən güzəşt limiti müəyyən olunmalıdır. Onlar kənd məktəblərində işləsələr, hərbi xidmətdən azad olunsunlar. Şəhər məktəbində işləyən kişilər MİQ-dən xüsusi imtiyaz qazana bilsinlər, ayrılan vakansiyalarda kişilər üçün limitlər ayrılsın".

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təhsil sahəsində kişi müəllimlərin azalmasına və gender balansının pozulmasına öz münasibətini bildirib: "Gender balansı pozulub. Müəllimlərin əksəriyyəti qadınlardır. Ancaq məktəb direktorlarının əksəriyyəti kişilərdir. Dövlət qulluğunda da biz görürük ki, təhsil sahəsində rəhbər vəzifələrdə kişilər üstünlük təşkil edir".

Aylin
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mercedes Dubayda 1 milyard dollarlıq bina tikir

Alibaba GPT-4 analoqunu təqdim edib

3 şəhərin baş planı hazırlanır  - 1,6 milyon ayrıldı

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: "Afterşoklar ola bilər"

Azərbaycan ötən il Rusiyadan nə qədər araq alıb? - İlk "beşlik"dəyik

Azərbaycanda 5,2 bal gücündə zəlzələ oldu

“WhatsApp”ın dizaynı dəyişdi - Foto

“WhatsApp”ın dizaynı dəyişdi - Foto

Nazirdən yeni təyinat

Rusiya məşhur azərbaycanlı reperi borca görə axtarışa verdi

DYP sürücülərə müraciət etdi

Köhnələn avtomobil parkını necə yeniləməlidir?

Bu ölkə 2 milyard dollar dəyərində COVID-19 dərmanlarını məhv edəcək

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13% artıb

Milyarderlərin ən çox olduğu 10 şəhər

Sabahın hava proqnozu

Ukraynaya daha 400 milyon dollarlıq hərbi yardım ayrılıb

Qızıl və gümüşün qiyməti daha da artıb

Qızıl və gümüşün qiyməti daha da artıb

Bakıda bu ərazidə yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq

Azərbaycan nefti cüzi ucuzlaşıb

Bakıda idman zallarında qiymətlər necədir? (VİDEO)

Əksər rayonlara yağış yağıb - FAKTİKİ HAVA

14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi (FOTO)

Dünyanın ən qiymətli kosmetika markaları – SİYAHI

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Daha bir şirkət cərimələnir

Almaniya Ukraynaya 45 milyon avro qrant verəcək

Tədqiqat kolbasa istehlakı ilə ölüm riskinin artması arasında əlaqəni təsdiqləyir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin