BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
43486

Azərbaycanda ən çox uzunömürlü Qarabağ və Cənub bölgəsində, ən az Abşeron yarımadasında qeydə alınıb. Cənub bölgəsində əldə olunan siyahılarda 90-92 yaşına qədər kişi uzunömürlülər, 94-100 yaşına qədər isə qadın uzunömürlülər liderlik edir. Ölkədə uzunömürlülüyün əsas səbəbləri ekoloji mühit, sakit həyat tərzi, qidalanma, əsasən ağartı məhsulları, övlad-valideyn münasibətlərinin yüksək səviyyədə olmasıdır.

Bu barədə Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova məlumat verib.

İnstitutun direktoru, həmçinin Azərbaycanda herontoloji tədqiqatların müasir vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq və s. məsələlər barədə danışıb.

Onun sözlərinə görə, son illərdə institutda qocalma və uzunömürlülüyün molekulyar genetik və fizioloji əsaslarının öyrənilməsi ilə yanaşı, sosial əhəmiyyətli yaş xəstəliklərinin diaqnostikası və profilaktikasına innovativ yanaşmaların işlənməsi istiqamətində də işlər aparılır:

“Hazırda xarici həmkarlarımızla birgə molekulyar tibbin imkanlarından istifadə etməklə qocalma və müxtəlif yaşla bağlı xəstəliklərin diaqnostikası üçün biomarkerlər panelinin işlənib-hazırlanması üzrə tədqiqatlar həyata keçirilir. Bu üsulun köməyilə ilk dəfə olaraq uzunömürlülər də daxil olmaqla müxtəlif yaş qruplarında qocalma biomarkerləri sayılan melatoninin və sirtuin zülallarının səviyyəsi ürək-damar sisteminin statusu ilə əlaqəli araşdırılıb. Bu tədqiqatların nəticələri ürək-damar xəstəliyi olan heriatrik pasiyentlərdə müalicə taktikasının müəyyənləşdirilməsi üçün də əhəmiyyət kəsb edir. Hazırda bu tədqiqatlar davam etdirilir”.

İnstitutun direktoru qeyd edib ki, ekoloji fiziologiya sahəsində müxtəlif mənşəli ətraf mühit faktorlarının, çirkləndiricilərinin fizioloji təsirlərinin tədqiqi, ekoloji statusun monitorinqi üçün innovativ yanaşmaların işlənməsi istiqamətlərində fundamental və tətbiqi əhəmiyyətli işlər planlaşdırılıb:

“Xəzər dənizinin Azərbaycan sahilyanı zonasının ekoloji vəziyyətinin indikator balıq növlərindən istifadə etməklə fizioloji, biokimyəvi və genotoksiki göstəricilər əsasında qiymətləndirilməsi, müvafiq monitorinq metodikalarının işlənməsi üzrə tədqiqatlar həyata keçirilir. Eyni zamanda, toksiki maddələrin, o cümlədən neftin, pestisidlərin və ağır metalların canlı orqanizmlərə təsiri tədqiq edilir. Təbii şəraitdə aparılan tədqiqatlar su ekosistemlərində yaşayan balıqların sağlamlıq statusunun qiymətləndirilməsinə yönəlib və monitorinq xarakteri daşıyır. Eksperimental tədqiqatlarda isə müxtəlif toksiki maddələrin təsiri araşdırılır və pozulmuş funksiyaların farmakoloji korreksiyası imkanları öyrənilir”.

Ulduz Həşimova bildirib ki, neyrofiziologiya sahəsində müasir elmin mühüm problemlərindən biri olan beynin inteqrativ fəaliyyətinin molekulyar əsaslarının öyrənilməsi üzrə tədqiqatlar aparılır. Bu baxımdan uzunmüddətli yaddaşın yaranmasında iştirak edən zülalların tədqiqi, neyronların remodelləşməsi, yeni neyronların yaranması proseslərinin öyrənilməsi çox vacibdir və aparılan eksperimental tədqiqatlar yaddaş prosesinin molekulyar mexanizmləri haqqında yeni biliklərin toplanmasına imkan verir.

Fiziologiya İnstitutunun rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan ənənəvi olaraq uzunömürlülər diyarı sayılır. Ötən əsrin sonlarından başlayaraq Azərbaycanda uzunömürlülük indeksi yüksək olan populyasiyalarda aparılan kompleks biotibbi tədqiqatların nəticələri əsasında ölkənin ayrı-ayrı rayonlarında “təbii uzunömürlülük ocaqlarının” olması aşkar edilib. Bu rayonlarda bir sıra təbii-ekoloji və digər amillərin qarşılıqlı əlaqəsi nəticəsində yerli əhali arasında təbii-tarixi olaraq uzunömürlük fenomeni müşahidə edilir.

“Bizim herontoloji aradışdırmalarımız göstərir ki, Qafqaz xalqları arasında ən yüksək uzunömürlülük indekslərindən biri tarixən Qarabağda rast gəlinir. Cənub bölgəsində uzunömürlülərin populyasiya-genetik, sosial bioloji və fizioloji xüsusiyyətlərinin müqayisəli tədqiqi üzrə işlərimiz davam etdirilir”,

- deyə Ulduz Həşimova fikrini yekunlaşdırıb.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu peşədə işləyənlər ağır xəstəliyə tutula bilər

Büdcədə son 5 ilin ən kiçik kəsiri qeydə alındı

Gürcüstandan avtomobil gətirilməsi 43 faiz azalıb

İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

Bakı metrosu "Dərnəgül" deposunu istifadəyə verməyə hazırlaşır

Nazir: Saxlanılan gəmilərimizlə bağlı danışıqlar davam edir, müsbət irəliləyişlər var

Əhali ən çox pulu hansı aylarda xərcləyir? - QRAFİK

Bakının bu rayonunda üç gün su olmayacaq

Bakının bu rayonunda üç gün su olmayacaq

Metropolitenin yeni rəhbəri sıxlığı necə həll edəcək? - AÇIQLAMA

"Shiba Inu Coin" üçün böyük həftə: inqilabi açıqlamalar verildi

Vüsal Aslanov: "Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir"

Xəzər dənizində üzən gəmilərə xəbərdarlıq - RƏSMİ

İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

Baş prokuror: AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq

Eldar Əzizov: "Bakının Baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir"

Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Tramp inauqurasiyadan dərhal sonra təxminən 100 fərman imzalamağı planlaşdırır

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Prezident İlham Əliyev 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin