Azərbaycanda vərəsəliklə bağlı əsas problem nədir? (ŞƏRH)
“Bizdə vərəsəliklə bağlı belə problemlərin yaşanması mümkündür. Bu sahədə hələki hüquqi mədəniyyət tam formalaşmayıb”.
Bu sözləri Valyuta.az-a iqtisadçı Natiq Cəfərli Azərbaycanda vərəsəliklə bağlı yaşanan problemlərdən danışarkən deyib.
Natiq Cəfərli bildirib ki, vərəsəlik anlamına görə insanın hətta qanunvericiliyə görə yaxın qohumu olmayan şəxsə belə öz hüquqlarını ötürmək səlahiyyəti var:
“Bizdə isə bu çox geniş yayılmayıb. Azərbaycan vətəndaşlarında vərəsəlik məsələsində öncədən notarial qaydada təsdiqlənmiş arzularını bildirməklə bağlı ənənə yoxdur, hüquqi mədəniyyət formalaşmayıb:
“Ona görə də vətəndaş vərəsəliklə bağlı hansısa məsələdə öz iradəsini bildirməyəndə qanunvericiliyə görə birbaşa qohumluq əlaqəsi olanların ya razılığı, ya da imtina ərizəsi olmalıdır. Burda isə artıq elektron portalın olub-olmamasının heç bir əhəmiyyəti qalmır. Faktiki olaraq vərəsəliyi təsdiq edən ya məhkəmə qərarı olmalıdır, ya da birbaşa yaxın qohumların kiminsə xeyrinə imtina ərizələri olmalıdır. Təəssüf ki, prosedur qaydaları belədir”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay