
28.02.2024 / 17:45
Bitcoin 60 min dolları keçdi
43269
Aparıcı kriptovalyuta Bitcoin (BTC) 829 gündən sonra 60 min dollar səviyyəsinə çatdı!
Valyuta.Az-ın verdiyi xəbərə görə, kriptovalyuta bazarında bahar havası erkən başlayıb. Aparıcı kriptovalyuta Bitcoin (BTC) günü-gündən yüksəlişini davam etdirir. Belə ki, bu gün kriptovalyuta investorlarının uzun müddətdir gözlədiyi yüksəliş baş verib və BTC qiyməti 829 gündən sonra 60 min dollara yüksəlib. Bu saatlarda Bitcoin ortalama 60 350 dollara satılır.
Bitcoin-in ən yaxın izləyicicisi Etherium-un qiyməti də bu gün bahalaşaraq, ortalama 3350 dollara çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay