BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
43195

Bakıda aylıq kirayəsi hətta minlərlə manat olan bina evləri var. Belə evlərin ən son texnoloji avadanlıqlarla təchiz edildiyi bildirilir. 

Əsasən şəhərin mərkəzi hissələrindəki hündürmərtəbəli binalarda olan bu evlərin kirayə qiyməti dodaq uçuqladır. 
 
Yernisabah.az xəbər verir ki, bu gün paytaxtda hətta 11-14 minə bina evləri kirayə verilir.
 
Belə evlərin yeri, mərkəzə yaxınlaşdıqca, təmirinə çəkilən xərc artdıqca qiyməti də artır. 
 
Hazırda bazarda təklif edilən ən bahalı mənzil Səbail rayonundadır. Dəniz mənzərəli 8 otaqlı, 664 kvadrat metrlik lüks mənzil aylıq 14 min manata təklif olunur. Funikulyor və Xalça Muzeyinin yaxınlığında yerləşən bina 24 saat mühafizə olunur. Kirayəşinə pulsuz avto dayanacaq və dəniz panoraması vəd edilir. Dubleks mənzil təmirlidir və mebellərlə tam təchiz olunub.
 
Aylıq 11 min manata təklif edilən ev isə Şah İsmayıl Xətai metrostansiyası yaxınlığında yerləşir. 468 kvadrat metrlik mənzil 20 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. Mənzil ən lüks mebellərlə təchiz olunub. Vasitəçi 6 otaqlı evin qiymətini bahalı mebellərlə əlaqələndirib. 
 
Siyahıda üçüncü sıranı 10 600 manata təklif olunan İçərişəhərdəki mənzil tutur.
 
Prezident Administrasiyası binası, Nazirlər Kabineti və Gülüstan sarayının yaxınlığında yerləşən yaşayış binası unikal yerləşməsi və füsunkar xarici görkəmi ilə əcnəbi qonaqlar, səfirlik əməkdaşları və diplomatik nümayəndələrə kirayə verilməsi məqsədilə inşa edilib.
 
Bina 9 mərtəbədən ibarətdir və  mənzil  yüksək zövqlə dizayn edilərək dəbdəbəli həyat tərzinə uyğunlaşdırılıb. Binadan dəniz kənarına və Alov Qüllələrinə gözəl panoram görüntüsü açılır. 
 
Paytaxtda 8 500 manata da mənzil təklif edilir. Mənzil “Port Baku”  elit yaşayış kompleksində yerləşir.
 
Mənzildə nəfis interyeri olan 6 otaq, mebel və məişət texnikası var. 30 mərtəbəli binanın 20-ci mərtəbəsində yerləşən mənzili kirayələşən şəxs idman zalı, hovuz və restoranlara çıxış əldə edir.
 
Ev sahibi sənədləşmə, avtomobil icarəsi, təmizlik işlərində lazımi köməkliyi göstərəcəyini vəd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bandvagon effekti - Kütlə bazar qiymətlərini necə formalaşdırır?

Marsa 4 aya çatmaq mümkündürmü? - Bu raketlə bəli (VİDEO)

10 manatlıq şirkətin vergi borcu var

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

2025-ci ilin ilk rübündə ən çox satılan ağıllı telefon bu olub

Nyu-York sakinləri maaşlarını "Bitcoin"lə ala biləcək

İnnovasiya və Təchizat Mərkəzi 700 min manatlıq şpris alır

General Mehdiyev vəzifəsindən azad edildi

Döymə, pizza və toy -"&pizza" brendinin marketinq hekayəsi

“Sərvət İnşaat”ın külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" gəlir rekorduna imza atdı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bu universitet üçün kampus tikiləcək

Dünyada ən populyar smartfonlar açıqlandı

Bu qadınlar pensiyaya 5 il tez çıxır

40 illik tort dilimi 4,250 manata satıldı - Milyon dollarlıq ləzzətlər

Azərbaycanın ixracdan ən çox qazanc götürdüyü məhsullar - SİYAHI

Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiyaçı var

Azərbaycan Hava Yolları ilk 4 ayda nə qədər qazanıb? - Rəqəmlər

"İrAero" iyulda Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayacaq

Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? - Rəsmi cavab

Alim rektora yeni müşavir təyin olundu

Azərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi

Sahil Babayev sabiq rəisə yüksək vəzifə verdi

Ən ucuz kredit verən 5 iqtisadi rayonumuz - CƏDVƏL

Bu balığın kiloqramını Çilidən 7, Türkiyədən 16 manata alırıq

Özünüzə maaş verin: Pul yığmağın sadə üsulları - Maliyyə məsləhətçisi açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin