Dünyanın ən varlı futbolçusu zədələndi
Bruney sultanının qardaşı oğlu, 18,698 milyon avrodan çox sərvətlə dünyanın ən zəngin futbolçusu olan Faiq Bolkia Tayland Premyer Liqası matçında ayağından zədə alaraq xəstəxanaya yerləşdirilib.
Valyuta.az xəbər verir ki, 25 yaşlı oyunçu “Boonyachinda” stadionunda “Ratçaburi” ilə “Police Tero” arasında keçirilən matçın fasiləsində meydana daxil olub və ikinci hissədə zədələnib.
Futbolçunun formasını geyindiyi “Ratçaburi”nin prezidenti Tanavat Nitikançana Faiq Bolkianın səhhəti haqqında məlumat verib: "Bu gün ən kədərli gündür. Qardaşım, Şahzadə Faiq Jefri Bolkia bizimlə oynayarkən zədələndi…
Bilirəm ki, sən indi şokdasan və çox ağrılısan, amma bilməlisən ki, “Ratçaburi” hər addımda səninlə olacaq. Sağal, yenidən formanı geyin və bizim üçün qol vur. Burada cəmi səkkiz aydır olsanız da, əminəm ki, klubda hamı və azarkeşlər sizi sevir. Geri dönəcəyiniz günü gözləyəcəyik. Həmişəkindən daha güclü oğlan".
Avropada “Maritimo” (Portuqaliya), “Lester” (İngiltərə), “Southempton” (İngiltərə) və “Çelsi”nin (İngiltərə) gənclər komandalarında oynamış futbolçu 2023-cü ildən Tayland klubu "Ratçaburi"də çıxış edir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay