BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8312
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1295
42854

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş olub.

Valyuta.az-a qurumdan bildirilib ki,nazir Sahil Babayev ötən dövrdə Nazirliklə Dünya Bankı arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirib. Ölkəmizdə sosial sahədə aparılan islahatların nailiyyətləri, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımlar diqqətə çatdırılıb.

Dünya Bankı ilə birgə layihələrin sosial islahatlar prosesində, məşğulluq proqramlarının genişləndirilməsində önəmi qeyd olunub. Belə layihələrdən biri olan, 22 min işsiz şəxsin kiçik biznesə çıxışının dəstəklənməsi hədəfini daşıyan “Məşğulluğa Dəstək Layihəsi”nin icrası işlərindən bəhs edilib. Layihə üzrə həssas əhali qruplarından olan artıq 14 minə yaxın işsiz şəxsə aktivlər verilərək onlar üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslərin qurulduğu bildirilib.

Eləcə də son illərdə yeni Məşğulluq Strategiyasının hazırlanması, əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, övladlığagötürmə sahəsində potensialın gücləndirilməsi və s. istiqamətlərdə əməkdaşlığın müsbət nəticələrindən bəhs olunub.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister, sosial müdafiə məsələləri üzrə baş mütəxəssis Mirey Ovadiya və b. ölkəmizdə aparılan sosial islahatlar prosesində əməkdaşlıq etməkdən məmnunluqlarını qeyd ediblər.

Görüşdə cari əməkdaşlıq gündəliyi, habelə “Məşğulluğa Dəstək Layihəsi”nin icrası işləri, əmək, məşğulluq, sosial müdafiə sahələrində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"GƏNCƏ İLMƏÇİ"dən əməkhaqqı tələbi - Məhkəmə

Rusiya çip probleminə görə ana südü pompalarına möhtac qalıb - ABŞ MN

Ruslar artıq araqdan konyaka keçir

İran Çinin “Bir kəmər və yol” təşəbbüsünə qarşı: Hindistanla 10 illik müqavilə

"GENERAL CONSTRUCTİON GROUP" məhkəməyə verilib

İzvestiya: Microsoft Rusiya istifadəçiləri üçün yeniləmələri blokdan çıxardı

DSX 260 min manatlıq yuyucu vasitələr və təmizlik ləvazimatları alır

Sağçı partiyalar nifrəti körükləmək üçün mənzil böhranından istifadə edə bilər

Yaxın tarixin 10 ən heyrətamiz tibbi kəşfi

Sabunçu Tibb Mərkəzi cərimələnə bilər

Bundestaq üzvləri son 28 ildə ən böyük maaş artımını alacaq

“Qaçqınkom”un 2 milyonluq kombi layihəsi

Keçmiş məmurların şirkətləri arasında nə baş verib?

Hindistan ABŞ sanksiyalarına görə Rusiya tankerlərinə sertifikat verməyi dayandırıb

"Perlit" gömrük qaydalarını pozduğuna görə məhkəmə qarşısında

ABŞ Çin idxalına rüsumları rekord dərəcədə artırmağa hazırlaşır

Hazırda ala biləcəyiniz ən yaxşı 10 smartfon (SİYAHI)

Diri Baba türbəsi bərpa ediləcək

Avropa yenidən enerji baxımından bir şirkətdən asılı vəziyyətə düşüb

Bu günədək nə qədər tələbə təhsil krediti alıb?

Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq

Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qalıb

Dövlətə aid mənzilləri rüşvətlə istifadəyə verən vəzifəli şəxsin məhkəməsi başlayır

Nazir korrupsiyada ittiham olundu, Polşa danışıqları ləğv etdi

Fitch Solutions: Sürətli və ucuz ticarət yolları Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rol oynayacaq

Nikaha necə daxil olmaq olar? – Sənədlər və dövlət rüsumu

Çinin daha bir şəhərində "Azərbaycan Ticarət Evi" açılacaq

Azərbaycan Türkiyəyə xam neft və qeyri-neft məhsulları satışını azaldıb

Azərbaycanda 55 000 manata xurma ağacı satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin