Çində baha qiymətə donuz ətli qəhvələr satışa çıxarıldı
Dünyaca məşhur "Starbucks" şirkəti Çində satışa çıxardığı donuz əti ətirli qəhvələri ilə gündəmə gəlib.
Valyuta.az xəbər verir ki, xüsusi hazırlanmış qəhvədə espressoya qaynadılmış süd və donuz əti sousu əlavə edilir. Çin mətbəxində tez-tez istehlak edilən, vam odda bişirilmiş "Dongpo" adlı donuz əti sousu ilə hazırlanan qəhvələrin hər biri 68 Çin yuanına (təxminən 10 dollar) satılır. Donuz ətinin əlavə edildiyi xüsusi hazırlanmış qəhvələr, Çində ənənəvi şəkildə keçirilən "Ay Yeni ili"nin qeyd edildiyi gün - fevralın 10-da satışa çıxarılıb.
"Starbucks Reserve" filiallarından alına bilən qəhvə Çində sosial mediada trend mövzusu oldu. Ölkədə “WhatsApp”ın ekvivalenti kimi istifadə edilən "Weibo" istifadəçiləri bahalıqdan narazılıqlarını bildiriblər.
Çinin dövlətə məxsus "Changjiang Daily" qəzetinə bağlı "Juipai News" xəbər saytı Hubey əyalətinin Vuhan şəhərindəki "Starbuck Reserve" filiallarında donuz əti ətirli qəhvələrin tükəndiyini bildirib.
Ölkədə cəmi 6 min 804 şöbəsi olan "Starbucks", "Ay Yeni ili" üçün daha iki xüsusi qəhvə təqdim edib. Onlardan biri jujube meyvəli "macchiato", digəri isə badam dənəsi ilə hazırlanıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay