BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
42665

Yanlışlıqla başqasının kartına pul göndərən şəxslər bunu necə geri alacağını düşünürlər. Bəzi hallarda geri ala bilməyəcəyini düşünərək heç yerə müraciət etmirlər. Müəyyən şəxslər də var ki, hesabına vəsait gələrsə, müxtəlif yollar ilə bu pulu qaytarmaqdan boyun qaçırırlar. Bəs yanlışlıqla kiminsə kartına pul köçürən zaman və ya kartımıza səhvən pul gələrsə, nə etməliyik?

Bu barədə Valyuta.az-a danışan bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov bildirib ki, səhvliklə olunan “card to card” əməliyyatları haqqında bilməli olduğumuz iki əsas məqam var:

“Birincisi, əgər kiminsə kartına yanlışlıqla pul gəlibsə, bunun üstündən ötəri keçmək, “qismətimdir” deyib sakitcə dayanmaq olmaz. Çünki, son zamanlar dələduzluq halları geniş yayılıb. Əgər sizə gələn pul hər hansı dələduzluq yolu ilə qazanılıb və sizinlə bölüşülürsə, bu, sizin üçün də problem ola bilər. Dələduzluq faktı sübut olunsa, məhkəmə prosesində məhkəmə tərəfindən banklara sorğu göndərilərsə və məlum olsa ki, həmin şəxs dələduzluq vasitəsilə əldə etdiyi vəsaitlərdən kiməsə köçürüb və həmin şəxs banklara bildirməyibsə, bu zaman həmin şəxs də dələduzluğun iştirakçısına çevrilir. Buna görə də sizə yanlışlıqla vəsait gəlibsə, mütləq banka müraciət edin və sizə daxil olan vəsaitdən xəbərdar olmadığınızı bildirin. Eyni zamanda tələb edin ki, bu pulu göndərən şəxs sizinlə əlaqə saxlasın, köçürmə barədə məlumat verməsi üçün köməklik göstərilsin. Hər hansı dələduzluq kimi başqa hallar olarsa, məhkəmə zamanı müştərinin əlində sübut olur ki, banka müraciət edib və məsuliyyətdən azaddır”.

Ekspert qeyd edib ki, bəzi müştərilər səhvən kartına gələn pulu qaytarmaq istəmir:

“Həmin şəxslər zənglərə cavab vermir və müxtəlif yollar ilə pulu qaytarmaqdan imtina etməyə çalışır. Kart alarkən, hesab açarkən imzaladığımız müqavilələrdə bu bəndlər nəzərə alınıb. Əsassız varlanma deyilən bir hal var ki, kiməsə bank tərəfindən və ya digər müştəri tərəfindən səhvliklə pul gələrsə, pul gələn adam qaytarmaq istəmirsə, yanlışlıqla göndərən adam həmin şəxsi məhkəməyə verib, vəsaiti faizi ilə birgə almaq hüququna malikdir”.

Kartına yalnışlıqla pul gələn şəxslər banklara müraciətlə yanaşı, sosial şəbəkələrdəki bank qruplarında paylaşım edib vəsaiti köçürən şəxsi tapmağa çalışırlar. E.Mahmudov bu zaman da ehtiyatlı olmağı məsləhət görür: “Paylaşım edən şəxslər bildirirlər ki, vəsaiti səhvən köçürən şəxs bu əməliyyatın qəbzini təqdim edərsə, vəsaiti qaytarar. Bu zaman vəsaitin dəqiq məbləği, kartın kodu, tam olaraq rəqəmləri və dəqiq tarix qeyd edilməməlidir. Çünki müəyyən şəxslər bu məlumatlardan istifadə edərək dələduzluq yolu ilə vəsaiti haqsız olaraq əldə etmək istəyə bilər”.

Ekspert deyir ki, pulu səhvliklə başqa karta göndərən şəxs öz bankına müraciət etməlidir: “Səhvən A bankının müştərisi B bankına göndəribsə, B bankına müraciət etməyin heç bir əhəmiyyəti yoxdur. Vəsaiti alan B bankı vəsaiti səhvən köçürən müştəriyə heç vaxt kömək edə bilməz. Müştəri öz bankına müraciət edir və burda vəziyyət bankdan asılı olaraq dəyişir. Bəzi banklar var ki, göndərilən kart nömrəsində bir neçə rəqəm fərqi olarsa, müraciəti qəbul edir. Bəzi banklar ümumiyyətlə bu tip müraciətlərə baxmır. Çünki, həmin şəxs pisniyyətlilik edərək kiməsə göndərdiyi vəsaiti yenidən geri almaq istəyər. Təcrübədə bu hallar da var ki, iki şəxs aralarında razılaşaraq hansısa bir iş görür, “card to card” vasitəsilə ilə pul köçürür, sonra bu iş alınmayan zaman və ya hansısa narazılıq yaşanan zaman banka müraciət edib pulu geri almaq istəyir. Ona görə də banklar rahatlıqla vəsaitin geri qaytarılması üçün qarşı banklara müraciət etmir”.

“A bankı B bankına müraciət edir ki, bizim müştəri səhvən müəyyən qədər vəsaiti yanlışlıqla sizin müştərinin kartına göndərib. Zəhmət olmasa, müştərinizlə əlaqə saxlayıb bu vəsaiti könüllü şəkildə geri almaq üçün rəy alın. B bankı da müştəri ilə danışır, müştəri ilə əlaqə saxlaya bilərsə və geri qaytarma barədə razılıq alarsa, müştəridə həmin vəsait varsa, A bankını məlumatlandırır və A bankı həmin vəsaiti geri çəkə bilir. Bu proses bir həftəyə qədər davam edə bilər. Əgər vəsaiti alan müştəri pulu qaytarmaqdan boyun qaçırarsa, əlaqə saxlamaq mümkün olmazsa, bu zaman banklar heç bir köməklik edə bilməz. Sadəcə olaraq bank həmin şəxsi məlumatlandırır ki, pulu geri qaytarmadığınız halda pulu göndərən həmin şəxs güc strukturlarına müraciət edərsə, siz məsuliyyət daşıyırsız və vəsaiti əsassız varlanmaq maddəsi ilə geri qaytarmağa məcbur olacaqsınız” – deyə ekspert qeyd edib.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə bu yolla böhrandan qaçmağı bacardı - Detallar

İrpen ilə bu şəhərimiz qardaşlaşacaq

“Mercedes”in dizel ilə əlaqədar işinə xitam verilib

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

20-dən çox “Made in Azerbaijan” brendi Rusiyada təqdim olunub

Almaniyada “futbol qatarı” işə salınacaq

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi

Sabah Füzuli şəhərinə 39 ailə yola düşəcək

Sabah Bakıda 30 dərəcə isti olacaq

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb - Foto

Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı

Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib

“Titanik” sərnişininin saatı rekord qiymətə satılıb

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin