BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
42642

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Valyuta.az Nazirliyə istinadən xəbər verir ki, bu çərçivədə, respublika ərazisində iaşə obyektlərində, o cümlədən kafe və restoranlarda baş vermiş yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili nəticəsində həmin yanğınların bir hissəsinin tüstü bacalarının yağ qalıqlarından vaxtlı-vaxtında təmizlənməməsi nəticəsində baş verdiyi müəyyən edilib.

Belə ki, kafe və restoranların mətbəxində zamanla tüstü bacalarında yağ qatı əmələ gəlir. Yüksək yanma xassəsinə malik bu yağlar bacaların şaquli və üfüqi kanallarında və mühərriklərin üzərində yığılır, vaxtında təmizlənmədikdə ani qığılcımdan yanğın baş verməsinə səbəb olur.

Yalnız FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənlərinin gərgin əməyi və səriştəli fəaliyyəti sayəsində bu kimi yanğınların genişlənməsinə imkan verilmədən qarşısının alınması mümkün olur.

Yuxarıda qeyd olunanları, habelə iaşə obyektlərinin insanların kütləvi toplaşdığı məkanlar olduğunu və bu obyektlərin bir hissəsinin yaşayış binalarında yerləşdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kafe və restoran sahiblərinə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən tüstü bacalarının yağ qalıqlarından vaxtlı-vaxtında təmizlənməsinin təmin olunmasına çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Kommersant T.A" cərimə olunur

"Dragon Motors Sales" barəsində protokol niyə yazılıb?

ALROSA almaz layihəsindəki payını Oman dövlət fonduna satdı

"Bakı Süd Co" cərimələnə bilər

Moldova "Qazprom"a olan 709 milyon dollar borcu ödəməyəcək

Bu şirkət gömrük qaydalarını pozmaqda ittiham olunur

Cənubi Koreya təhsil sistemi yenilənir: Süni intellekt əsaslı dərsliklər təsdiq olundu

Naxçıvanın təcili tibbi yardımı üçün 2 tır alınacaq - 3,9 milyonluq layihə

Yaponiya və Çin ABŞ dövlət borcuna investisiya qoymaqdan imtina edir

"Sarens Azerbaijan" məhkəmə qarşısında

Şərab istehsalı son 63 ilin ən aşağı səviyyəsində

Şərab istehsalı son 63 ilin ən aşağı səviyyəsində

Trampın qaydışı, investorların qorxuları... - Avro populyarlığını itirir

"Intel"in çip layihəsindən sonra Almaniya yeni subsidiyalar hazırlayır

Bəzi universitetlərdə 9 ixtisasın proqram akkreditasiyası qəbul edilib

"Halil Logistika" gömrük qaydalarını pozub?

"SOCAR Polymer”in ixrac gəlirləri 14% azalıb

Rabitəbankda etibarlı əmanətiniz rahat gəlir gətirəcək! ®

"Evimiz İnşaat" məhkəməyə verildi

Məşhur tütün şirkəti 29 milyonluq məhsul ixrac edib - 40 dəfədən çox artıb

Qara Cümə: Şirkətlər həqiqətən endirim edir, yoxsa bu fırıldaqdır?

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

10 ayda Azərbaycandan Rusiyaya 1 mlrd. dollara yaxın qeyri-neft məhsulu ixrac edilib

“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb

Nazir müavini: "Günəş və külək enerjisinin maya dəyəri ənənəvi enerjidən daha ucuz başa gəlir"

İşğaldan azad olunan torpaqlar icarəyə verilərkən nəyə diqqət etmək lazımdır?

Bu arayışı almaq asanlaşdı - Heç yerə getməyə ehtiyac yoxdur

Bu stansiyalar arasında interval 10 dəqiqə olacaq

Neft Fondu bu tədbirlər üçün 125 min manat ayırdı - TENDER ELANI

Rusiyada saxta şərab hazırlayan azərbaycanlı dəstə ifşa olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin