Avropada ötən ilin ən bahalı futbol komandalarının siyahısı açıqlandı
Avropa klublarının maliyyə vəziyyəti ilə bağlı son hesabata görə tarixin ən bahalı heyəti “Mançester Yunayted”ə məxsusdur.
Valyuta.az xəbər verir ki, UEFA-nın Avropa Klub Maliyyəsi və İnvestisiya Landşaftının araşdırmasına görə, 2023-cü ilin əvvəlində "Mançester Yunayted" heyətini qurmaq üçün 1,422 milyard avro xərcləyib. Bu, “Real”ın 2020-ci ildə əldə etdiyi rekordun yenilənməsi anlamına gəlib.
Bu rəqəmə “Yunayted”in Rasmus Hoyland, Meyson Mount, Andre Onana və Altay Bayındıra 2023-cü ildə yay transfer pəncərəsində xərclənən pullar daxil deyil. Bu rəqəmə ən yaxın yeganə klub Mançesterin digər təmsilçisi, “Mançester Siti”dir. Avropa çempionlarının heyəti 1,286 milyard avro gəlirlə yanaşı, Yosko Qvardiol, Mateus Nunes və Ceremi Dokunun da qiymətləri kitablara əlavə edilmədəndir.
"Çelsi" 1.084 milyard avro ilə siyahıda üçüncü pillədə yer alıb. Baxmayaraq ki, “Zadəganlar” üçün maliyyə məlumatları yalnız 2022-ci il üçün mövcuddur.
“Real” dəyəri 1 milyard avrodan çox olan dördüncü və sonuncu komandadır. Bir müddət transfer bazarında sakit olmasına baxmayaraq, Madrid klubu mövsümü 1,031 milyard avro ilə başa vurdu. Ancaq bu rəqəm Cud Bellinqem, Arda Güler və Fran Qarsianın transferindən sonra tezliklə yüksələcək.
PSJ, Yurgen Kloppun Dominik Şoboşlay, Aleksis Makallister, Rayan Qravenberx və Vataru Endonu gətirməmişdən əvvəl 905 milyon avro dəyərində bir heyət formalaşdıran “Liverpul”u azca qabaqlayaraq 938 milyon avro ilə beşinci yerdə qərarlaşıb.
Ümumilikdə ötən il ən bahalı heyətə malik klublar aşağıdakılar olub.
“Mançester Yunayted” (İngiltərə) - 1,422 milyard avro
“Mançester Siti” (İngiltərə) - 1,286 milyard avro
“Çelsi” (İngiltərə) - 1,084 milyard avro
“Real” (İspaniya) - 1,031 milyard avro
PSJ (Fransa) - 938 milyon avro
“Liverpul” (İngiltərə) - 905 milyon avro
“Arsenal” (İngiltərə) - 890 milyon avro
“Yuventus” (İtaliya) - 769 milyon avro
“Tottenhem” (İngiltərə) - 666 milyon avro
“İnter” (İtaliya) - 589 milyon avro
“Barselona” (İspaniya) - 576 milyon avro
“Nyukasl” (İngiltərə) - 543 milyon avro
“Bavariya” (Almaniya) - 534 milyon avro
“Leypsiq” (Almaniya) - 506 milyon avro
“Aston Villa” (İngiltərə) - 500 milyon avro
“Napoli” (İtaliya) - 445 milyon avro
“Vest Hem” (İngiltərə) - 443 milyon avro
“Atletiko” (İspaniya) - 431 milyon avro
“Borussiya” (Dortmund, Almaniya) - 390 milyon avro
“Milan” (İtaliya) - 336 milyon avro
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay