Sosial
16.02.2024 / 12:38
“1 milyon borcu olanın 5 milyonluq əmlakına həbs qoymaq olmaz”
42420
“Əmlak bütün mənalarda mülkiyyət anlamına gəlmir. Qanun layihəsində borclunun əmlakının üzərinə həbs qoyulması fikri dəyişdirilməli, borclunun borca adekvat əmlakına həbs qoyulması qeyd edilməlidir”.
Valyuta.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisdə Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Praktikada bu cür hallar çoxdur. 1 milyon borcu olan borclunun 5 milyonluq əmlakına həbs qoyulur. Bu dəyişikliyi indidən etmək lazımdır ki, sonradan problemlər yaranmasın”, - deyə deputat qeyd edib.
© Qafqazinfo
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay