Sosial
16.02.2024 / 10:31
Ölkə üzrə bu ayın pensiyalarının yeni artımla birgə ödənişi yekunlaşıb
42392
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə fevral ayının pensiya ödənişini yekunlaşdırıb.
Nazirlikdən Valyuta.az-a verilən məlumata görə, fevralın 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, dünən isə ölkəmizin bölgələri üzrə bu ayın pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə verilib. Artım bu ilin əvvəlindən tətbiq olunduğundan yanvar ayının artımı da fevral ayının pensiyası üzərinə əlavə edilərək ödənilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay