"Mançester Yunayted"in səhmlərinin 25 faizi satıldı
Britaniyalı iş adamı Cim Ratkliff "Mançester Yunayted"in səhmlərinin 25% - ni alıb.
Valyuta.az xəbər verir ki, bu barədə Premyer Liqa rəhbərliyi məlumat yayıb. Açıqlamada "Mançester Yunayted"in səhmlərinin alınması üçün yaşıl işıq yandırıldığı bildirilib. Premyer Liqanın rəsmi internet saytında verilən elana görə, heç bir maneənin olmadığı və alqı-satqı əməliyyatının rəhbərlik tərəfindən təsdiqləndiyi nəzərə çatdırılıb.
“Mançester Yunayted”in səhmlərinin 25%-ni 1,25 milyard sterlinqə əldə edən neft-kimya nəhəngi INEOS-un sahibi Ratklif bununla da komandanın əməliyyatlarında mühüm rol oynayacaq. 71 yaşlı iş adamı, həmçinin "Mançester Yunayted"in stadionu "Old Trafford"a 236 milyon funt-sterlinq investisiya yatırmağı vəd edib.
“Mançester Yunayted” 2005-ci ildə amerikalı Qleyzer ailəsi tərəfindən 790 milyon funt-sterlinqə alınmışdı.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay