Nəqliyyat
14.02.2024 / 13:59
AYNA məhkəməyə verildi - Keçmiş işçisi nə tələb edir?
42265
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə keçmiş əməkdaşı arasında qalmaqal yaranıb.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, buna səbəb AYNA-nın Hüseynov Rəşad Namiq oğlunu işdən çıxarması olub.
Məlumata görə, Rəşad Hüseynov işə bərpa tələbi ilə məhkəyəmə müraciət edib. O, rəhbərliyin qərarını qanunsuz hesab etdiyindən məhkəməyə müraciət edib. İş hazırda appelyasiya mərhələsindədir. Məhkəmə işinə Elnur Həsənovun hakimliyi ilə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsi 2021-ci il oktyabrın 11-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılıb. Hazırda AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayevdir.
Günay İlqarqızı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay