BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
42257

Biznesin hansı sahədə qurulmasından asılı olmayaraq yaxşı araşdırmaq, ətraflı məlumat toplamaq lazımdır. Bu biznes sahələrindən biri də sığorta şirkətidir. Ümumiyyətlə, sığorta şirkəti qurmaq istəyən şəxslər nələri bilməlidir?

Valyuta.az-a danışan sığorta eksperti Kamran Babayev bildirdi ki, ilkin olaraq keçilməli olan proses var: “İlk olaraq hüquqi şəxs bir şirkət yaratmalı, sonra sığorta fəaliyyəti göstərməklə bağlı lisenziya alınması üçün müvafiq orqana müraciət etməlidir. Lisenziyaya baxılmasında iki mərhələ olur. Birinci mərhələdə təsisçilər və qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər tərəfindən lisenziya verilməsi üçün edilən ilkin müraciətə baxılır. İkinci mərhələdə isə Açıq Səhmdar Cəmiyyəti kimi dövlət qeydiyyatına alındıqdan sonra lisenziya verilməsi üçün yekun müraciətə baxılır. Lisenziyanın alınması üçün müvafiq sənədlər tələb olunur. Lisenziyanın verilməsi ilə bağlı müraciət məktubu, sığortaçının təsisçisi olmaq istəyən şəxslərlə bağlı məlumatları təsdiq edən sənədlər və s. Qanunvericilikdə bu tələblər var və bu sənədlər toplanıb sığorta nəzarəti orqanına təqdim edilir. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunan sənədləri və məlumatları qanunvericiliyə uyğun hesab etdikdə bu barədə müraciət edənə bildirir. Lisenziya verilməsi üçün dövlət rüsumunu ödənilməsini təsdiq edən bank sənədi təqdim olunandan sonra müvafiq lisenziyanın verilməsinə baxılır”.

K.Babayev deyir ki, sığortaçının təsisçi və ya səhmdarı olmaq istəyən şəxs qanunvericiliyə uyğun olaraq müvafiq tələblərə cavab verməlidir. Bu, yerli hüquqi şəxs sığortaçısı və xarici sığortaçı üçün fərqlidir. 

“Sığorta şirkəti açmaq üçün minimum yatırım məbləği tələb olunur və uğurlu olması üçün müəyyən amillər var. Sığorta fəaliyyəti üçün tələb olunan minimum kapital 5 milyon manatdır. Əgər sığorta şirkəti həm də təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq istəyirsə, minimum tələb 10 milyon manatdır” - deyə, ekspert əlavə edib.

K.Babayev vurğulayıb ki, sığorta şirkəti qurmazdan əvvəl səhmdarların strategiyaları olmalıdır: “Onlar strategiyaya uyğun olaraq bilməlidir ki, bu şirkət hansı məqsədlə qurulur, sığorta bazarının hansı hissəsində aktiv olacaqlar, satış kanalları hansı olacaq, hansı sığorta növləri üzrə ixtisaslaşacaqlar, auditoriyası kim olacaq və s. bunlar hamısı müəyyən edilməli və strateji plan olmalıdır. Bundan əlavə şirkətin təbii ki, ofisi, avadanlıqları olmalı, işçi sayı müəyyən edilməli, sığorta növləri üzrə sığorta qaydaları hazırlanmalı və sığorta nəzarəti orqanında təsdiqlənməli, rəhbər şəxslər təyin edilməlidir. Bütün bunlara əsasən şirkət fəaliyyətə başlamalıdır”.

Bu biznesin uğurlu olmasının asılı olduğu məqamlara gəlincə, K.Babayev bildirdi: “Şirkət hədəflərini, auditoriyasını, hansı yönümlü olduğunu, satış planını, necə satış edəcəyini və s. bilməlidir. Əgər düzgün strategiya və təkrarsığorta siyasəti, yaxşı satış komandası, kifayət qədər satış kanalları olarsa, şirkət mənfəətlə çalışacaq. Sığorta şirkətinin gəlirləri yalnız sığorta fəaliyyətindən deyil, həmçinin investisiya gəlirlərindən də olmalıdır”.

K.Babayev onu da bildirib ki, bu sektorda gəlir və risklər də kifayət qədərdir: “Hər bir biznesdə risk olduğu kimi bu sahədə də risklər var. Sığorta şirkətinin maliyyə, hüquqi, bazar, valyuta və s. riskləri ola bilər. Sığorta şirkəti risklərini düzgün idarə etməlidir. Bunun üçün daxili audit, risklərin idarə edilməsi departamenti var. Bunlar düzgün idarəetmə ilə fəaliyyət göstərməlidir. Təkrarsığorta riskləri var ki, mütləq düzgün təkrarsığorta siyasəti olmalıdır. Fəaliyyət göstərən şirkət portfelindən asılı olaraq düzgün təkrarsığorta forması seçməlidir”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Keçmiş nazirin Azərbaycandan çıxışına "stop" qoyuldu - Borc qalmaqalı

"Nvidia" süni intellekt çipləri üçün vahid bazar yaradacaq

WSJ: Dünyada onlarla kriptovalyuta firmasının sahibi oğurlanıb

DTX əməliyyat keçirdi - terror təşkilatı ilə əlaqəli şəxslər saxlanıldı -VİDEO

"TikTok" yeniyetmələr üçün gecə meditasiya seansları təklif edəcək

Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib®

Sabah Bakıda hava yağmursuz olacaq

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - Rəqəmlər

Nazir rəisi təqaüdə göndərdi - Yeni təyinat

İşdəki haqsızlıqlara dözməklə büdcə idarəetməsinin əlaqəsi - Yəhudi üsulu

İşdəki haqsızlıqlara dözməklə büdcə idarəetməsinin əlaqəsi - Yəhudi üsulu

Britaniya şirkəti “Gilar” qızıl yatağında tammiqyaslı hasilata başlayıb

Azərbaycanda bu kağız sənəd ləğv edilir

Ən çox milyarder yetişdirən 10 biznes məktəbi - SİYAHI

"Xiaomi" çip dizaynına 6,9 milyard dollarlıq sərmayə qoyacaq

Bağçalara qəbulda növbələrin yaradılması dayandırılır

Azərbaycanda mirasla bağlı qanun dəyişir

Dövlət büdcəsindən müxtəlif xəstəliklərin müalicəsinə 303,4 milyon vəsait ayrılacaq

Ötən il 33 milyon, bu il isə 35 milyonluq sifariş - Deputata məxsus olduğu deyilən şirkət yenə qalib seçildi

Azərbaycanda vərəsə miras açıldıqdan sonra ölərsə, onun pay almaq hüququ yaxınlarına ötürüləcək

Evləri plana düşən vətəndaşları sevindirəcək yenilik

Etibarlı parolu necə yaratmaq olar?

Bakıda gecə leysan yağacaq

Sahil Babayev dövlət vəsaitlərini niyə banklara yerləşdirir? - Rəsmi cavab

Sahil Babayev dövlət vəsaitlərini niyə banklara yerləşdirir? - Rəsmi cavab

Azərbaycanda bu şəxslər 600 manat alacaq

Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxıldı

Mərkəzi Bank “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verdi

Azərbaycanda sürücülük vəsiqəsi lazım olmayacaq

Dələduzlar onların 15 min manatını kartlarından oğurladı

Rumıniyanın yeni prezidentinin adı məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin