Agentlik sahibkarı məhkəməyə verdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi Masallıda fəaliyyət göstərən sahibkar Qadir Zeynalovu məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir.
Şikayəti Qadir Zeynalovun verdiyi bildirilir.
Onun şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.
Müşfiq Həsənov iş üzrə hakim təyin edilib.
Məhkəmə çəkişməsinin səbəbi bəlli deyil.
Qadir Zeynalov sahibkar olmaqla yanaşı xeyriyyəçi kimi də tanınır. Onun atası Allahqulu Zeynalov da xeyriyyəçi olub.
Allahqulu Zeynalov Masallıda “ Yanardağ" Yeni İsti Su Müalicəvi Sanatoriyasının inşa edib. Bundan başqa, “Lanur” şadlıq sarayı da Zeynalovlarındır.
Qadir Zeynalovun FHN-nin sözügedən agentliyi tərəfindən məhkəməyə verilməsi onun nəzarətində olan obyektlərlə bağlı ola bilər.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay