BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
42136

Kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarlıq subyektlərinin dövlət tərəfindən iki məsələ ilə bağlı dəstəyə ehtiyacı var. Bunlar subsidiyalar və lizinqlə bağlı problemlərdi. 

Bu sözləri Valyuta.az-a iqtisadçı Rauf Qarayev kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara edilən dövlət dəstəyi haqqında danışarkən deyib. 

Rauf Qarayev deyib ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların subsidiyalara ehtiyacı var:
  “Hazırda onlara verilən subsidiyaların da faiz dərəcəsini aşağı salmaq lazımdır. 

Bu sahədə digər bir porblem subsidiyaların tam açıqlanmamasıdır.  Bu subsidiyalar verilərkən cədvəl üzrə tam açıqlanmalıdır. Bu zaman hansı məhsullara subsidiyalar veriləcəyi açıq şəkildə bilinəcək. Bu, həm də bir az problemli məsələdir. Hazırda subsidiyaların tam olaraq hansı təsərrüfat sahələrinə verilməsinin müəyyən olunması yoxdur. Bununla bağlı iqtisadçılar və hüquqşünaslar tərəfindən Mərkəzi Banka da müraciət olunub. Onlar bildirib ki, bu subsidiyaları verərkən açıq şəkildə hansı məhsullara verilməsi qeyd edilməlidir. Bu subsidiyalar açıq şəkildə, cədvəl formasında göstərilməlidir ki, artıq qarşı tərəfdə bilsin ki, hansı məhsullara subsidiyalar verilir, neçə faizlə verilir. Bununla bağlı problemlərin tam şəkildə izah edilməməsi burda müəyyən maraqlı şəxslərin olduğunu  göstərir”. 

Ekspert deyib ki, digər problem isə lizinqlərlə bağlıdır:

“Sahibkarın hər hansı bir avadanlığı lizinqə götürməsi sadələşdirilmiş formada həyata keçirilməlidir. Müddət baxımından da bu kiçik və orta sahibkarlıq subyektinə sərf etməlidir ki, əlində olan vəsaiti bütünlüklə avadanlığa xərcləməsin, bu vəsaiti səmərəli istifadə etsin”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ferrari" sahibləri gəncləşir

"Apple"ın yeni sürprizi: "iPhone 17 Ultra" gəlir?

Məşhur ailələr "Volkswagen"dəki payını satılacaq?

"PepsiCo" 1,95 milyard dollara bu şirkəti alır - Məqsədini açıqladı

"Aqrarkredit"in 6 milyonluq əmlakı hərraca çıxarılacaq - Cədvəl

Dünyanın ilk .com domeni: Symbolics.com-a nə oldu?

Uzun tətildən sonra işə adaptasiya olmaq niyə çətindir?

Azərbaycanın ixracı son 1 ayda 1.2 mlrd. dollardan çox azalıb

İnnovasiya və Təchizat Mərkəzi milyon yarımlıq sərfiyyat malları alacaq

İcra hakimiyyəti tender kralından 18 minlik yanacaq alır

"Google Asistan" gedir, yerini "Gemini" tutur

Dövlət Reklam Agentliyi 43.2 min manata ofis icarəyə götürür

Azərbaycanda kompüter istehsalı 4 dəfəyə yaxın artıb

Əhalinin nominal gəlirləri 11 milyardı keçdi - Rəsmi

DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

ADY-dən gedişhaqqının çox çıxılması iddiaları ilə bağlı açıqlama

Təmizlik idarəsi yarım milyonluq it yemi alır

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Mobil operatorların gəlirləri açıqlandı

Yoxsulluq insanın bioloji qocalmasını sürətləndirir

Sabiq məmurlar həbs edildilər

Bir elektromobilin orta idxal dəyəri 39 min dollara düşüb

7 milyonluq “Xaçmaz Aqropark” nizamnamə kapitalını azaldır

İnnovativ startaplar yerli bazarı hərəkətləndirir

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

Bakıdan Sumqayıta ilk dəfə birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək

Məşhur türkiyəli ekspert Bakıda təlim keçəcək - Beynəlxalq sertifikat veriləcək

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin