BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
41933

Bəzi restoranlarda müştərilərə təqdim olunan məhsulların yenidən istifadə olunduğunu haqqında fikirlər var. Məsələn, səhər yeməyindən qayıdan bəzi məhsulların digər müştərilərə satılması, artıq qalan məzələrin yenidən müştərilərə təqdim olunması və s kimi. Bəzən çox ucuz səhər setləri təklif edən restoranlarda bu halın olması daha çox şübhə doğurur. Bəs bu fikirlərin doğru olmaq ehtimalı nə qədərdir? Həqiqətən də bu işi görən restoranlar varmı?

Bu barədə Valyuta.az-a danışan süfrə mədəniyyəti üzrə ekspert və restorator Mahir Əhmədzadə qeyd edib ki, hansısa restoranın belə ucuz yollardan istifadə edəcəyinə inanmır:

“İstifadə olunan bütün məhsulların yenidən müştəriyə satılması mümkün deyil. Müştərinin qarşısından qayıdan məhsulu istifadə etmək qəti olmaz və inanmıram ki, hansısa restoran onu istifadə etsin. Amma dünyada belə bir təcrübə var ki, otel restoranlarında məsələn, səhər yeməyindən tərəvəz qalırsa, bunu nahar yeməyində istifadə edirlər. Çünki, bu məhsul keyfiyyətlidir və itkiyə getməsinin qarşısını alır. Müştərinin qarşısından qayıdan məhsulları yenidən satışa çıxarmaq restorana heç nə vermir. Bunun bir mahiyyəti də yoxdur ki, oradan böyük məbləğdə pul qazanılsın. Hazırda bu sektorda o qədər rəqabət var ki, bu baxımdan da bu heç düzgün strategiya deyil, həmin restoranlar öz müştərilərini itirirlər”. 

Bu prosesin bütün sektorlarda olduğundan danışan restorator bu işin vicdan məsələsi olduğunu vurğulayıb:

“Bu heç vaxt ola bilməz – fikri də düz deyil. Nümunə olaraq ət satışını göstərə bilərik. Ət satanlardan dana əti, quzu əti və s. satan insanlar var. Sonralar ortaya başqa heyvanların ətlərini satan şəxslər meydana çıxdı. Bu o demək deyil ki, hamı bu işi görür, hər işi keyfiyyətli şəkildə həyata keçirənlər var. Burada vicdan məsələsi önəmlidir”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlk üç ayda noutbuk istehsalı 75% artıb

“Cada Group”un 41 min manat vergi borcu yaranıb

"Google" ucuz "Android" telefonların istehsalına məhdudiyyət qoydu

Analitik Ekspertiza Mərkəzindən bu şirkətə 341 min manatlıq sifariş

Məşhur tütün şirkəti borc içində

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Azərbaycanda mənzillər bahalaşdı

Keçmiş deputat yeni vəzifəyə seçildi

Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)

Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB

Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Metro tikintisinə görə obyektlər söküləcək? - AÇIQLAMA

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Səhmdarlar İnvestor Portalı vasitəsilə səs verə bilər

“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin