BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
41768

“Sığorta yığımları artan zaman sığorta ödənişləri də ona paralel olaraq artır. Çünki bu riskdir. Riski də nə qədər çox sığortalasaq, o qədər çox ödəniş artır”

Bu sözləri Valyuta.az-a sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov sığorta ödənişlərinin artmasının səbəbləri haqqında danışarkən deyib. 

 Ekspert deyir ki, bir əmlak sığortalanırsa, orda sığorta hadisəsi olma ehtimalı da yaranır. Həmin bu məsələlərlə bağlı sığorta yığımları çoxalır, sığorta ödənişləri də daha çox artır:

“Hazırda sığorta ödənişlərinin artmasına bir səbəb fəsillərlə bağlıdır. Məsələn, qışda yanğın hadisələri daha çox olur, xüsusi ilə ötən il sığorta ödənişlərinin 5 dəfə artmasına səbəb “Azərsun” Holdinqdə baş verən yanğın zamanı ödənilən kompensasiyadır. Belə ki, həmin Holdinqə 40 milyon manata kimi sığorta kompensasiyası verdilər. Həmin məbləğ ölkə tarixində sığorta hadisəsi ilə bağlı ən böyük sığorta kompensasiyası idi”. 

“Sığorta ödənişləri ayrı-ayrı hesablanmır. Bunlara isə sığorta hadisəsi deyilir. Sığorta hadisəsi də daşınmaz əmlakla bağlı hadisələr nəzərdə tutulur” – həmsöhbətimiz əlavə edib. 

İlkin İbrahimov deyib ki, Mərkəzi Bank hər ay, hər il sığorta ödənişlərinin statistikasını açıqlayır:

“Bu il ilk dəfə sığorta yığımları 1 milyard manatı keçib. Artıq bir neçə ildir Azərbaycanda sığorta ödənişlərində, sığorta yığımlarında 20 faiz artım gözə çarpır. Bu da çox böyük göstəricidir və onu göstərir ki, sığorta ilə bağlı məsələlərdə hər il inkişaf var. Bu göstəricilərin artmasının birinci səbəbi qiymətlərin artması, risk faktorlarının artması ilə bağlı məsələlərdir. Məsələn, həyat sığortasında artıımlar özünü daha çox göstərir. İnsanlar da daha çox maarifləndikcə sığortaya inanmağa başlayır, öz risklərini daha çox sıığortalamağa çalışırlar. Sığortaya inam isə o vaxt yaranır ki, vətəndaşlar sığorta hadisələri ilə bağlı kompensasiya ala bilsin. Bütün dünyada da belədir ki, sığortanın bir nömrəli reklamı sığorta ödənişləridir”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda parklanma məntəqələrinin sayı azaldılıb

Aİ Çindən göndərilən ucuz bağlamalara rüsum tətbiq edəcək

"Bitcoin"in məzənnəsi tarixi maksimumu yeniləyib - 109 min dollar oldu

Çində oğurlanmış "iPhone"ların qlobal anbarı aşkarlandı

Mərkəzi Bank "Bakı Pambıq Əyirmə" ASC-ni cərimələyib

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

"Google"dan inqilabi yenilik - Oğurlanmış şifrələr avtomatik dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsi olmayanların nəzərinə - İMTAHANSIZ VERİLƏCƏK

Elektromobil idxalında eniş - 23 milyon dollarlıq azalma olub

"Fortnite"da süni intellektlə yaradılmış "Darth Vader" böhranı: "Epic Games"ə ittiham

Məşhur iş adamına məxsus şirkətin vergi borcu 1,2 milyon manata çatıb

Dünyanın ən zəngin NBA oyunçuları - Sərvətləri

Milli Depozit Mərkəzi ilə Qazaxıstan Fond Birjası arasında görüş keçirilib

Turizm və Menecment Universitetinin tenderi niyə baş tutmayıb?

Prezidentlərə təqdim olunan yemək menyusu - Foto

Bu gündən Qarabağın bu rayonlarına da öz maşınlarınız ilə gedə bilərsiniz!

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

49 min manat vergi borcu olan bu şirkətin əmlakı hərraca çıxarılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

Britaniya sanksiyaya məruz qalan rusları evlərini satmağa çağırır

Kiloqramı 32 manatdan göbələk teli alındı

Meşə fındığının xaricə satışından 52 milyon dollardan çox gəlir əldə olunub

Həmin zabitə 11 il həbs verildi

Azərbaycan Dağıstanda gündə 100 ton zeytun yağı emal edəcək zavod qurur

Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub®

İcra başçısı şirkət rəhbərinin oğluna yüksək vəzifə verdi

Bu şəxslərin maaşı artacaq

Yapon şirkətləri ABŞ rüsumlarına görə 27,6 milyard dollar itirə bilər

"Azərbaycan şirkətlərində liderlərin sayı rəhbərlərin sayını ötür"

1,8 milyard "Gmail" istifadəçisi risk altında: Bu mesaja cavab verməyin!

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin