BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8312
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1295
41756

Prezidentin Fərman və Sərəncamları ilə 2018-2023-cü illərdə sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatlar üzrə illik əlavə olaraq 7 milyard manat vəsait ayrılıb.

Valyuta.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılmasına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 71,3 faiz, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu 2,7 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın, ünvanlı yardımın orta aylıq məbləği 2,8 dəfə artıb. Həmçinin 2018-2023-cü illərdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, yaşa görə orta aylıq pensiyada 2 dəfə artım baş verib, pensiya təminatına əlçatanlığın artırılması üçün mühüm addımlar atılıb.

Bildirilib ki, 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” Qanunla 6,5 milyard manat vəsait nəzərdə tutulub.

Naziri müavini deyib ki, 2023-cü ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılmasında vahid yanaşma tətbiq olunur. Hazırki indeksasiya əsaslı pensiya artımı da digər pensiyaçılarla yanaşı, qulluq stajına görə pensiyalarına əlavələr təyin edilmiş pensiyaçıları (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və s.) da əhatə edir:

“Yeni Sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır. Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İş müsahibəsindən sonra namizədlərə cavabın gec verilmə səbəbləri

General-mayor Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin edildi

Sabah Şuşaya növbəti köç olacaq

Azərişıq ASC istehlakçıların hüquqlarını pozub? - Qurum məhkəməyə verildi

Azərişıq ASC istehlakçıların hüquqlarını pozub? - Qurum məhkəməyə verildi

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

Sosial müavinət alanların sayı açıqlanıb

İlk iş günümüzdə necə davranmalıyıq?

Qubadlının iki kəndində tikinti işlərinə başlanıldı (FOTOLAR)

332 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq şöbə müdiri zərərin ödənilməsinə görə vaxt istəyib

Xaqani bağı genişləndirilir - Video

Zəlzələ xəbərdarlığı: bu ilin ən riskli zonaları - Seysmoloqlar

Külli miqdarda siqaretlər aşkar edilib

Azərbaycanın şəffaflığa dair iqlim hesabatı COP29-dək təqdim olunacaq

Türkiyədən 40 milyon dollarlıq mebel, kağız və meşə məhsulları almışıq – Nə qədər azalıb?

"Bank VTB Azərbaycan"ın Mərkəzi Banka borcu 1 milyon manatdan çox artıb

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

İş səyahətinə gedənlərə tövsiyələr

İş səyahətinə gedənlərə tövsiyələr

Anar Bayramov: “İdarəetməni dəyişmək, “Z” nəslinə uyğunlaşdırmaq lazımdır”

Dünya bazarlarında neft ucuzlaşıb

Avro, rubl və lirə manat qarşısında ucuzlaşdı - Məzənnə

2023-cü ildə ərzaq böhranı Latın Amerikasında 13,8 milyon insana təsir edib

Gələcəyin əsas meqapolisləri məlum olub

Rusiyadan xalis kapital axını rübdə 28 milyard dollara yüksəlib

Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər hansılardır?

Gömrük bağlamanı aça bilərmi? - Rəsmi açıqlama + VİDEO

Yaxın Şərqin Manhetteni - BƏLƏDÇİ

İstilər səbəbindən 1 həftədə 27 nəfərin öldüyü ölkə

İstilər səbəbindən 1 həftədə 27 nəfərin öldüyü ölkə

Problemli kreditlər hansı valyutada daha çoxdur? – Son məlumat

Tikinti şüşəsinin istehsalı 20 faizdən çox artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin