BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
41640

Dövlət Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri genişləndirilib, vəzifələri və hüquqları artırılıb.

Valyuta.az xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsi”ndə edilən dəyişiklikdə əksini tapıb.

Dövlət Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri sırasına yaratdığı strateji və fövqəladə ehtiyatlar üçün malların tədarükü üzrə sifarişçi qismində müvafiq tədbirlər görmək və strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq, bu məqsədlə müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək, habelə proqnozlaşdırmada iştirak etmək daxil edilib.

Agentliyin vəzifələri və hüquqları sırasına isə aşağıdakılar əlavə olunub:

- aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə dövlət ehtiyatlarının çeşidi və həcmi barədə tələbatı öyrənmək, strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların yaradılması məqsədilə sifarişçi qismində tədbirlər görmək, o cümlədən müqavilələr bağlamaq;

- strateji əhəmiyyətli malların siyahısı, dövlət ehtiyatlarının və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları ilə bağlı təkliflər vermək, həmin nomenklaturalar üzrə strateji ehtiyatların, habelə saxlanılmasını həyata keçirdiyi fövqəladə ehtiyatlarda və səfərbərlik ehtiyatlarında olan malların nomenklaturaları üzrə minimal həcmləri təmin etmək, istehlak bazarının strateji əhəmiyyətli mallarla təmin edilməsi məqsədilə daxili və xarici bazarları mütəmadi təhlil etmək, qiymətlərin kəskin artması və azalması risklərini müəyyən etmək və bununla bağlı təkliflər vermək;

- strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların yaradılmasını, idarə edilməsini, strateji ehtiyatların yerləşdirilməsini və dövlət ehtiyatlarına nəzarəti həyata keçirmək;

- bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli malların nomenklaturasındakı minimal həcmin azalma ehtimalı yarandıqda və ya həmin malların azalması müşahidə olunduqda, bu halların qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;

- dövlət ehtiyatlarına aid malların uçotunu aparmaq, həmçinin saxlanılmasını təmin etdiyi strateji və fövqəladə ehtiyatların yeniləşdirilməsi və əvəzləşdirilməsi ilə bağlı tədbirlər görmək;

- dövlət ehtiyatlarının keyfiyyətinə və saxlanılma şəraitinə nəzarəti həyata keçirmək, habelə dövlət ehtiyatlarının tədarükü, yerləşdirilməsi, saxlanılması, buraxılması və istifadəsi zamanı Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə riayət olunmasına nəzarət etmək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib? -

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq

Unistream ödəniş sistemi Gürcüstana köçürmələri bərpa etdi

"Həyat-Müayinə, Məsləhət Və Müalicə Mərkəzi" cərimələnib

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Çində istehlak aktivliyi sürətlə yavaşlayır

Bakıda əmək yarmarkaları keçiriləcək

Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək

Modern Hospital cərimələnə bilər

Məşhur sahibkar cərimələnir

Əfqanıstan Rusiyadan daimi neft məhsulları alışına qayıtmaq istəyir

Prezidentlər Füzuli və Şuşaya səfər edib (YENİLƏNİB)

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

“İrşad Elektroniks” gömrük qaydalarını pozub?

"Bizim Bala Tədris Mərkəzi"nə protokol tərtib olundu

“Kapital Bank” dələduzların 90-dan çox web-saytını, 800-dən çox sosial şəbəkə hesabını bağlatdırıb

Bakıda 4-cü və 5-ci “DİM Dialoqu” keçiriləcək

Rusiyada gözlənilməz şaxtalar fonunda taxıl xeyli bahalaşdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin