BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
41240

Xəbər və elan saytlarında tez-tez dövlət qurumlarında vakant vəzifələr üçün işçilər axtarıldığı barədə elanlar yerləşdirilir.

Bu cür elanlarda əksər hallarda işçi axtran dövlət qurumunun adı göstərilmir və yüksək əmək haqqı vəd olunur.

Məsələn, ötən gün xəbər saytlarının birində “Dövlət qurumu İctimaiyyətlə əlaqələr şöbə rəhbərinin assistenti vəzifəsinə vakansiya elan edir” sərlövhəli məlumat yerləşdirilib. Həmin məlumatda qeyd olunan vəzifə üçün 2 000 manat əmək haqqı vəd olunur.

Elanda hansı dövlət qurumunun işçi axtardığı qeyd olunmayıb. Elanda əlaqə vasitəsi kimi yalnız e-mail ünvanı göstərilib. Haqqında bəhs etdiyimiz elandakı “[email protected]” e-mail ünvanına bir çox saytlarda yerləşdirilən vakansiya elanlarında rast gəlmək mümkündür.
Ötən il saytların birində yerləşdirilmiş elanda dövlət qurumunun marketinq mütəxəssisi və layihə rəhbəri vəzifələrinə işçi axtardığı və aylıq əmək haqqının 3000-3500 manat olduğu qeyd olunub.  Digər bənzər elanlarda olduğu kimi, bu elanda da yeganə əlaqə vasitəsi olaraq “[email protected]” e-mail ünvanı göstərilib.

Məşhur elan saytlarının birində “[email protected]” e-mail ünvanı ilə bərabər əlaqə telefonu da yerləşdirilib. Həmin telefon nömrəsi vasitəsi ilə əlaqə saxladığımız Kamran Ələkbərov adlı şəxs işçi axtaran dövlət qurumunun adını açıqlaya bilməyəcəyini bildirdi.

K. Ələkbərov ona məxsus əlaqə nömrəsini elan saytlarında əldə etdiyimizi öyrəndikdən sonra bildirdi ki, o elanlara əlaqə üçün telefon nömrəsini yerləşdirmir.

Məlumat üçün bildirək ki, dövlət qurumları dedikdə, dövlət büdcəsindən maliyyələşən qurumlar nəzərdə tutulur. Dövlət qurumlarında çalışan insanların əmək haqqı Nazirlər Kabinetin müvafiq qərarları ilə təsdiqlənir. Həmin şəxslərin vəzifə maaşlarındakı artımlar isə Azərbaycan Prezidentinin səlahiyyətlərinə daxildir.

Məsələn, sonuncu dəfə ötən ilin yanvar ayında Prtezident İlham Əliyev “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının 15% artırılması” haqqında Sərəncam imzalayıb. Nazirlər Kabineti də Prezidentin Sərəncamına əsasən dövlət qurumlarında işləyən şəxslərin vəzifə maaşlarını müəyyən edib.

Nazirlər Kabinetinin haqqında bəhs etdiyimiz Qərarında ən yüksək əmək haqqını AMEA prezidentinin aldığı göstərilir. AMEA prezidentinin aylıq vəzifə maaşı 3 547 manat təşkil edir. Şöbə müdürlərinin maaşları orta hesabla 2000 manat, mütəxəssislərin maaşları isə 1000-2000 manat arasında dəyişir.

Elan saytlarında marketinq mütəxəssisi üçün 3000 manat təklif edən dövlət qurumunun adını elan sahibi olan şəxsdən (Kamran Ələkbərov) öyrənmək cəhdimiz isə baş tutmadı.

Mənbə: Yeniavaz.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin